BOK-un 132-ci sessiyasına Pxençxan ev sahibliyi edəcək

BOK-un 132-ci sessiyasına Pxençxan ev sahibliyi edəcək



2026-cı ildə keçiriləcək qış Olimpiya Oyunlarına ev sabibliyi edəcək şəhərin 2019-cu ilin sentyabr ayında İtaliyanın Milan şəhərində açıqlanacaq. 

"Olimpnews.az" xəbər verir ki, bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Limada keçirilən 131-ci sessiyasında verilib.

Olimpiada-2026 uğrunda Syon (İsveçrə), Lillihamer (Norveç), Kalqari (Kanada) və İnsbruk (Avstriya) şəhərləri mübarizə aparırlar.

Məlumat üçün bildirək ki, BOK-un növbəti, 132-ci sessiyası 2018-ci ildə XXIII Qış Olimpiya Oyunlarının keçiriləcəyi Pxençxan (Cənubi Koreya) şəhərində təşkil ediləcək.