WADA siyahını açıqlayıb

WADA siyahını açıqlayıb



Beynəlxalq Antidopinq Agentliyi (WADA) 2018-ci il yanvarın 1-dən etibarən alkoqolu qadağan olunmuş maddələrin siyahısından çıxaracaq.

"Olimpnews.az”ın məlumatına görə, bu barədə qərar WADA İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Əvvəllər hava, avtomobil idmanı və motorlu su idmanı, eləcə də kamandan oxatmada qadağan olunan alkoqol 2018-ci ildə siyahıya daxil edilməyib. Həmin idman növləri üzrə beynəlxalq federasiyalara dəyişikliklər barədə məlumat çatdırılıb ki, onlar qaydaları yeniləyə bilsinlər.

WADA 2018-ci il üçün qadağan olunmuş preparatların siyahısını açıqlayıb. Beynəlxalq qurumun prezidenti Kreyq Ridi bununla bağlı deyib: "Hər il yenilənən siyahı qüvvəyə minməmişdən 3 ay öncə ictimaiiyətə təqdim olunur. Burada məqsəd odur ki, maraqlı tərəflər, xüsusilə də idmançılar və onların rəhbər heyəti dəyişikliklər barədə xəbərdar olsunlar. Bütün idmançıların öz ölkələrinin antidopinq təşkilatları ilə sıx əlaqədə olması son dərəcə mühüm məsələdir”.