Azərbaycanda karantin rejimi yumşaldılır
Olimpizm xəbərləri
24.04.2020, 18:00
2019-ci ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunmuşdur. COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2020-ci il 144 saylı qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti uzadılmışdır. COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilmiş və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilmişdir.
Beləliklə, ölkə üzrə 27 aprel 2020-ci il saat 00:00-dan etibarən:
1) “ASAN Xidmət” Mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.
2) Aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:
● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla) ● kitab satışı ● qəzet satışı ● dəftərxana mallarının satışı ● çap və sürətçıxarma fəaliyyəti ● fotoatelye/fotostudiyalar ● fərdi mənzillərdə təmizlik xidmətləri ● dərzi xidmətləri ● kosmetika və ətriyyat satışı ● geyim satışı ● ayyaqqabı və dəri məmulatlarının satışı ● qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti ● mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri ● kompüter avadanlıqlarının satışı və təmiri ● elektronika və məişət texnikasının satışı ● mebel satışı ● avtomobil satışı ● kimyəvi məhsulların satışı ● gül və bitki məhsullarının satışı ● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı ● gübrə və aqrokimyəvi məhsulların satışı
Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.
Məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.
Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların və xidmət sahələrinin fəaliyyəti zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir. Qeyd olunan qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanaraq ictimaiyyətə təqdim ediləcək.
Bununla yanaşı, 27 aprel 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılır. Qeyd edilən tarixdən etibarən bəzi fəaliyyət sahələrinə dair məhdudiyyətlər aradan qaldırıldığından 8103 nömrəsinə icazə almaq üçün aşağıdakı hallarda müraciət olunacaqdır:
● 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
● 2 rəqəmi - hazırda fəaliyyətinə icazə verilən sahələr üzrə xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir);
● 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün
Elan olunduğu kimi, COVID-19 virusu zəminində ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək mövcud vəziyyətə uyğun qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.
COVID-19 virusuna qarşı bütün tədbirlər əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi naminə həyata keçirilir. Ötən müddət ərzində ölkə ərazisində virusun geniş yayılmasının qarşısını məhz dövlət-vətəndaş həmrəyliyinin nəticəsində almaq mümkün olmuşdur. Bu baxımdan, hər bir şəxsi sosial məsuliyyətdən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.
COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzi kimi tövsiyə edilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
Bugün, 14:30 Olimpiya dünyası
-
Ümumdünya Şahmat Olimpiadası davam edir
Bugün, 12:33 Şahmat
-
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
Bugün, 10:53 Formula 1
-
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Bugün, 10:05 Boks
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol
-
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
16.09.2026, 16:27 Şahmat
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
16.09.2026, 16:22 Tennis
-
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
16.09.2026, 14:07 Gimnastika
-
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
16.09.2026, 13:20 Formula 1
-
Şahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
16.09.2026, 11:52 Şahmat
-
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
16.09.2026, 11:36 Tennis
-
Sahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
16.09.2026, 10:04 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
15.09.2026, 20:06 Olimpiya dünyası
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
15.09.2026, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
15.09.2026, 11:28 Futbol
-
"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
15.09.2026, 10:55 Futbol
-
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
15.09.2026, 00:09 Cüdo
-
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
14.09.2026, 23:25 Boks
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
14.09.2026, 22:12 Su idman növləri
-
Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
14.09.2026, 16:10 Boks
-
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
14.09.2026, 15:23 Basketbol
-
Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
14.09.2026, 14:01 Olimpiya dünyası
-
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.2026, 13:09 Su idman növləri
-
“Elite polo club” çempion oldu
14.09.2026, 12:58 Olimpiya dünyası
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
14.09.2026, 12:51 Su idman növləri
-
Azərbaycan komandası FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
14.09.2026, 11:10 Basketbol
-
Milli komandalarımız Çində beynəlxalq təlim-məşq toplanışda iştirak edib, ardınca yarışda mübarizə aparacaqlar
14.09.2026, 10:34 Olimpizm xəbərləri
-
Azərbaycan cüdoçuları lisenziya xarakterli yarışda 3 medal qazandılar
14.09.2026, 10:00 Cüdo
-
İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
13.09.2026, 22:41 Olimpizm xəbərləri
-
Azərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
12.09.2026, 21:00 MOK
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
12.09.2026, 19:25 MOK