Federasiya Kubokunun ilk qalibləri müəyyənləşdi

Federasiya Kubokunun ilk qalibləri müəyyənləşdi

Dünya Velosiped Günü münasibətilə iyunun 9-da Bakıda təşkil olunan trek üzrə Federasiya Kuboku yarışında 15 və 17 yaşınadək idmançılar arasında qaliblər müəyyənləşib. Respublika Velotrekində keçirilən turnirdə bir və iki dairə növlərində yarışlar başa çatıb. 15 yaşınadək idmançılar arasında bir dairə yarışında qızlardan İradə Abdulrəhmanova, oğlanlardan isə Tamerlan Vitovski birinci olub. İki dairə növündə isə qızlardan Radxa Şabanova, oğlanlardan isə Tamerlan Vitovski qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
17 yaşınadək idmançıların yarışında da qaliblər müəyyənləşib. Bir dairə növündə qızlardan Gülşən İsmayılova, oğlanlardan isə Kamran Mirzəxanov qalib adına layiq görülüblər. Üç dairə yarışında isə qızlardan Fatimə Əfqanzadə, oğlanlardan isə Kamran Mirzəxanov qələbə qazanıblar.
Günün sonuncu yarışında gənclər qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-də saat 00:00-dan etibarən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib. Bu turnir müvafiq icazənin verilməsindən sonra təşkil edilən birinci yarışdır.