Gəncə şəhərində İdman Sarayının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında

Gəncə şəhərində İdman Sarayının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında

Olimpizm xəbərləri

24.06.2020, 18:51

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 iyun 2020-ci il.  

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR