Formula 1-in keçmiş rəhbəri Berni Ekklstoun Beynəlxalq Olimpiya Komitəsinə (BOK) Atlanta-1996 Yay Olimpiya Oyunlarının məşəlini təqdim edib. Belə ki, həmin məşəl bir vaxtlar Olimpiya oyunlarının açılış mərasimində dünya boksunun əfsanəsi olan Məhəmməd Əlininin əlində olub. «Şəxsən mənim üçün üçün şərəfdir ki, bu nadir məşəli lazım olduğu yerə təqdim etmişəm. Hesab edirəm ki, həmin məşəl elə BOK-un özündə qalmalıdır», - deyə Ekklstoun bildirib. Komitə rəhbəri Tomas Bax də öz növbəsində Berniyə minnətdarlıq edib. «Bu məşəl Olimpiya oyunlarının simvoludur. Fürsətdən istifadə edib, cənab Ekklstouna öz adımdan və Olimpiya ailəsi adından minnətdarlıq edirəm», - deyə Bax qeyd edib.
Ekklstoun Əlinin məşəlini Baxa təqdim edib