Payızda Universiadasının Atletlər Kəndinin inşasına başlanılacaq

Payızda Universiadasının Atletlər Kəndinin inşasına başlanılacaq

2023-cü ildə Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək XXXII Ümumdünya Yay Universiadasının Atletlər Kəndinin inşasına oktyabrda başlanılacaq.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, “Universiada-2023”ün beş kompleksdən ibarət olacaq Atletlər kəndinin ümumi sahəsi 230 min kvadratmetrdən çoxdur. İdmançılar üçün inşa ediləcək birinci yataqxana binası 1700 yerlik olacaq.
Qeyd edək ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.