Olimpiya məşəli ictimaiyyətə təqdim olundu
Olimpizm xəbərləri
01.09.2020, 16:54
Gələn ilin yayınadək təxirə salınmış Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının məşəli Yaponiya paytaxtında ictimaiyyətə təqdim olunub. Bu münasibətlə keçirilən mərasimdə Yaponiya hökumətinin, Milli Olimpiya Komitəsinin, Tokio administrasiyasının və Oyunların Təşkilat Komitəsinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Xatırladaq ki, Olimpiya məşəli Yunanıstandan Yaponiyaya martın 20-də, Oyunların gələn ilədək təxirə salınması barədə qərarın qəbulundan dörd gün əvvəl gətirilib. Məşəl Tokionun Şincuku rayonunda yerləşən Yaponiya Olimpiya Muzeyində nümayiş etdirilir. Mərasimdə çıxış edən Yaponiya Milli Olimpiya Komitəsinin sədri Yamaşita Yasuhiro bildirib ki, Olimpiya və Paralimpiya Oyunlarına qatılmaq istəyən idmançılar hazırda yorulmadan məşq edirlər. Tokioda Olimpiya məşəlinin ictimaiyyətə təqdim edilməsi bu idmançılara emosional dəstəkdir. Yaponiya Olimpiya və Paralimpiya Oyunları naziri xanım Haşimoto Seyko isə bildirib ki, məşəl ümid deməkdir. Yaponiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq və Oyunların yüksək səviyyədə təşkili üçün əlindən gələni edəcək. Qeyd edək ki, Olimpiya məşəlinə baxmaq istəyənlər əvvəlcədən bron götürməlidirlər. Eyni zamanda, muzey koronavirus pandemiyası ilə əlaqədar tamaşaçıların sayını azaltmağa çalışır. Muzeyə girişin qiyməti 500 yen (təqribən 5 dollar) olsa da, uşaqlar və məktəblilər üçün biletlər ödənişsizdir. Olimpiya məşəli ziyarətçilərə noyabrın 1-dək nümayiş etdiriləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
Bugün, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
Bugün, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
Bugün, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks
-
Azərbaycan çempionatı başa çatıb
21.09.2026, 10:33 Su idman növləri
-
Atletimiz dünya çempionatında iştirak edib
21.09.2026, 10:12 Atletika
-
Cüdoçumuz veteranlar arasında dünya çempionu olub
20.09.2026, 22:25 Cüdo
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
20.09.2026, 10:36 Gündəm
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20.09.2026, 09:00 Gündəm
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş
-
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
18.09.2026, 15:05 Cüdo
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
18.09.2026, 14:30 Olimpiya dünyası
-
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
18.09.2026, 13:45 Futbol
-
Ümumdünya Şahmat Olimpiadası davam edir
18.09.2026, 12:33 Şahmat
-
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
18.09.2026, 10:53 Formula 1
-
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
18.09.2026, 10:05 Boks
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol
-
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
16.09.2026, 16:27 Şahmat
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
16.09.2026, 16:22 Tennis
-
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
16.09.2026, 14:07 Gimnastika
-
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
16.09.2026, 13:20 Formula 1
-
Şahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
16.09.2026, 11:52 Şahmat
-
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
16.09.2026, 11:36 Tennis