2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramındakı idman növlərinin ilkin siyahısı açıqlanıb. Bu barədə Avropa Olimpiya Komitəsi (EOC) və Polşa nümayəndə heyəti arasında İtaliyanın paytaxtı Romada keçirilmiş görüşdə razılığa gəlinib. İdman növlərinin yekun siyahısı müəyyənləşdirilərkən əsas meyar onların həm də Avropa çempionatı statusu daşıması və ya 2024-cü il Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması olub. Yaxın vaxtlarda Avropanın müvafiq idman federasiyalarının hər biri ilə yekun danışıqlar zamanı da belə bir şərt irəli sürüləcək.
III Avropa Oyunlarının proqramına salınmış idman növlərinin ilkin siyahısı:
Kamandan oxatma
Sinxron üzgüçülük
Badminton
Basketbol 3x3
Çimərlik həndbolu
Breyk-dans
Kanoe (kayak və kanoe, kanoe slalom)
Velosiped idmanı (BMX, şosse)
Qılıncoynatma
Gimnastika
Cüdo
Karate
Müasir beşnövçülük
Dağ qaçışı
Reqbi7
Atıcılıq
Trampilindən tullanma (yay)
İdman dırmanması
Stolüstü tennis
Triatlon
Voleybol (çimərlik voleybolu, voleybol)
Ağırlıqqaldırma
Güləş
Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə Belarusun paytaxtı Minskdə keçirilib. III Avropa Oyunlarının isə 9 - 25 iyun 2023-cü ildə təşkili nəzərdə tutulub.