AMADA idmançılara dəstək məqsədilə nümunələr hazırlayıb
BOK
17.11.2020, 13:13
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmançıların antidopinq sahəsində hüquqi öhdəliklərinin yerinə yetirilməsinə kömək məqsədi ilə yeni nümunələr hazırlayıb. AMADA-dan verilən məlumata görə, bu, idmançılara öz kareyraları ilə bağlı verdikləri qərarları hüquqi cəhətdən asanlıqla rəsmiləşdirməyə imkan verir. Qeyd olunub ki, hər bir peşəkar idmançı öz karyerası və hərbi xidmətlə bağlı idmanı tərk etmə, idmana qayıtma, idman növünü dəyişmək barədə qərar qəbul edə bilər. Amma bu, antidopinq qaydaları əsasında həyata keçirilməlidir: "İdmanı tərk etmə, idmana qayıtma idman növünü dəyişmə, federasiya üzvlüyündən çıxarma halları beynəlxalq səviyyədə qəbul edilmiş qaydalarla tənzimlənir və həmin hüquqi prosedurlar düzgün formada icra edilməlidir. Bu, idmançının peşəkar karyerasını davam etdirə bilməsi baxımından əhəmiyyətlidir". Qaydalara əsasən, idmançı idmanı tərk etdiyini rəsmi şəkildə AMADA-ya bildirməyibsə, o, test nümunəsinin götürülməsinə cəlb edilə bilər: "Bu zaman o, idmanı tərk etdiyini əsas gətirərək test nümunəsi verməkdən imtina edərsə, sanksiyaya məruz qala bilər. Yaxud idmanı tərk etmiş idmançı yenidən idmana qayıtmağını bildirdikdən dərhal sonra yarışlarda iştirak edərsə, onun nəticələri ləğv edilə bilər. Çünki həmin idmançı ən az 6 ay əvvəl bu qərarını rəsmi şəkildə bildirməli və dopinq nəzarətinə götürülməlidir. Barəsində sanksiya qərarı olan idmançı isə idmanı tərk edərsə, sanksiya müddəti dondurulur və o, idmana qayıtdıqdan sonra sanksiyanın icrası davam edir". Bildirilib ki, hərbi xidmətə gedən idmançının bununla bağlı AMADA-nı məlumatlandırması vacibdir: "Çünki peşəkar idmançıların məkan məlumatlarının verilməsi, testlərə cəlb olunması və digər öhdəlikləri var. İdmançı hərbi xidmətə getməsi ilə bağlı AMADA-nı məlumatlandırdığı təqdirdə onunla bağlı dopinq nəzarəti tədbirləri müvəqqəti olaraq dayandırıla bilər. İdman növünü dəyişmə və federasiya üzvlüyündən çıxarılama qərarlarının bildirilməsi də dopinq nəzarətinin həyata keçirilməsi baxımından vacibdir. Bu, test planlaşdırılması, idmançı ilə bağlı məlumatların doğru ünvana göndərilməsi, idmançının və federasiyanın AMADA-nın göndərdiyi rəsmi məktublardan vaxtında xəbərdar olması və sair məsələlər baxımından vacibdir". Sözügedən məsələlərlə bağlı məlumatlar AMADA-ya təqdim edilmədiyi təqdirdə, bu, müəyyən hüquqi nəticələrə səbəb ola bilər. Göründüyü kimi, idmançıların karyeraları ilə bağlı verdiyi qərarların hüquqi cəhətdən rəsmiləşdirilməsi mürəkkəb prosesdir və bunun icrası hüquqi biliklər və vaxt tələb edir. AMADA məsələnin əhəmiyyətini nəzərə alaraq idmançıların işini asanlaşdırmaq məqsədi ilə 5 sadə nümunə (idmançılar üçün: İdmanı tərk etmə forması, İdmana qayıtma forması, İdman növünün dəyişməsi forması, Hərbi xidmət haqqında forma, respublika idman federasiyaları üçün: Federasiyada üzvlükdən çıxarılma forması) hazırlayaraq rəsmi internet səhfəsinə yerləşdirib (https://amada.az/legal/idmancilar-ucun-formalar/). Bu nümunələrdə müraciətlə bağlı hüquqi prosedurlar, qaydalar və tələb olunan məlumatlar ətraflı şəkildə əks olunub. Nümunəni dolduran idmançı məlumatların düzgünlüyünə tam təminat verir və buna görə məsuliyyət daşıyır. İdmançının təqdim etdiyi forma AMADA tərəfindən təsdiqləndikdən sonra qərar rəsmiləşmiş hesab olunur. AMADA üçün idmançıların hüquqlarının qorunması, onların idman fəaliyyətinin hüquqi cəhətdən düzgün təşkili prioritetdir. Elə buna görə də idmançılara dəstək xarakterli layihələr davamlı şəkildə həyata keçiriləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Bugün, 14:54 Gündəm
-
Güləşçimiz dünya çempionatına qələbə ilə başladı
Bugün, 10:55 Gündəm
-
Bakıda güləş üzrə dünya çempionatına start verilir
Bugün, 09:50 Gündəm
-
Avropa Cüdo Ümidləri Turniri başa çatdı
26.07.2026, 18:40 Cüdo
-
Kanoeçimiz Avropa çempionatında gümüş medal qazanıb
26.07.2026, 18:16 Su idman növləri
-
Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq
26.07.2026, 16:08 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo
-
Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
24.07.2026, 21:46 Cüdo
-
U17 dünya çempionatının medalları təqdim olundu
24.07.2026, 20:08 Gündəm
-
Bakıda cüdo üzrə beynəlxalq texniki seminar keçirilir
24.07.2026, 19:48 Cüdo
-
“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib
24.07.2026, 15:44 Olimpiya dünyası
-
Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
24.07.2026, 13:42 Futbol
-
Dünya çempionundan təsirli paylaşım
24.07.2026, 13:07 Gündəm
-
Azərbaycan reytinqində 26-cı pillədə qərarlaşıb
24.07.2026, 13:06 Futbol
-
Onur Quluzadənin növbəti sınağı
24.07.2026, 10:18 Tennis
-
Konfrans Liqası: "Zirə" səfərdə məğlub oldu
23.07.2026, 22:23 Futbol
-
"Qarabağ" Bakıda ÇSKA ilə heç-heçə edib
23.07.2026, 22:05 Olimpizm xəbərləri
-
Frenki de Yonqun "Barselona"dakı gələcəyi sual altındadır
23.07.2026, 13:12 Futbol
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
23.07.2026, 12:51 Su idman növləri
-
"Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
23.07.2026, 12:29 Şahmat
-
Ölkəmizin UEFA reytinqində mövqeyi dəyişməyib
23.07.2026, 11:35 Futbol
-
Konfrans Liqası: "Zirə" Estoniya klubu ilə qarşılaşacaq
23.07.2026, 11:14 Futbol
-
Dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
23.07.2026, 10:33 Güləş
-
UEFA Avropa Liqası: Bu "Qarabağ" Bakıda ÇSKA ilə qarşılaşacaq
23.07.2026, 10:11 Futbol
-
Media nümayəndələri arasında stolüstü tennis turniri keçirilib
22.07.2026, 22:36 Tennis