“Lionel Messi klubda qalmağa qərar verdikdə çox məyus olduq”

“Lionel Messi klubda qalmağa qərar verdikdə çox məyus olduq”

“Barselona” futbol klubunun ofis əməkdaşlarından biri klub işçilərinin komandanın  hücumçusu Lionel Messinin ötən ilin yayında komandanı tərk etməməsinə reaksiyasından danışıb.
“Lionel Messi klubda qalmağa qərar verdikdə çox məyus olduq. Biz bilirdik ki, L.Messinin əmək haqqını təmin etmək üçün yeni ixtisarlar olacaq. Mən Messini sevirəm. Onun klub və futbol üçün etdiklərini yüksək  qiymətləndirirəm. Lakin ailəmi və “Barselona”dakı işimi də sevirəm”, - anonimliyi qorumaq istəyən əməkdaşı bildirib.