Qurban Qurbanov: “Əlimizdəki heyətlə ən doğrusunu etməyə çalışdıq”

Qurban Qurbanov: “Əlimizdəki heyətlə ən doğrusunu etməyə çalışdıq”

"Futbolçularım qalib gəlmək üçün hər şeyi etdilər. Amma nəticədə məğlub olduq. Futbolda belə hallar olur".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun IV turunda Türkiyədə "Sivasspor"a 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis qələbə münasibətilə rəqibi təbrik edib: "Rəqib yaxşı oynadı və qələbə qazandı. Məğlubiyyətə görə üzülürəm, amma rəqibi təbrik edirəm. Onlara digər matçlarda uğurlar arzulayıram".
Baş məşqçi heyətlə bağlı ciddi problemlərin olduğunu da sözlərinə əlavə edib: “Dəyişiklik edə bilmirdik. 1-2 futbolçumuz sağlam olsaydı, oyunu sürətləndirə bilərdik. Əlimizdəki heyətlə ən doğrusunu etməyə çalışdıq”.
Qeyd edək ki, "Qarabağ" bu məğlubiyyətdən sonra qrupdan çıxmaq şanslarını itirib. Xalı olmayan Ağdam təmsilçisi I qrupunda sonuncu pillədədir. "Sivasspor" isə 6 xalla 3-cü sırada yer alır.