Yamaykalı bombardir dünyasını dəyişdi

Yamaykalı bombardir dünyasını dəyişdi

Olimpizm xəbərləri

23.01.2021, 16:01

Türkiyənin "Karabükspor" klubunun və Yamayka millisinin sabiq futbolçusu Luton Şelton vəfat edib. Keçmiş hücumçu 35 yaşında dünyasını dəyişib. L.Şelton dağınıq skleroz xəstəliyi ilə mübarizə aparıb. O, üç il əvvəl danışıq qabiliyyətini və əzələ kütləsinin əhəmiyyətli hissəsini itirib. Qeyd edək ki, Luton Şelton 2011 - 2013-cü illərdə "Karabükspor"un formasını geyinib. O, 2004 - 2013-cü illərdə Yamayka yığmasında 75 oyuna çıxıb və 35 qol vurub. Forvard Yamayka millisində ən çox qol vuran futbolçudur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR