İyunda Yaponiyada keçirilməsi planlaşdırılan boks üzrə Dünya Olimpiya Təsnifat turniri ləğv ediləcək. Səbəb koronavirusla bağlı epidemioloji vəziyyətlə yanaşı, Avropa Olimpiya Təsnifat Turnirinin apreldən iyun ayına təxirə salınmasıdır.
Bildirilib ki, bunun əvəzinə olimpiadaya son vəsiqənin sahibləri reytinqə görə müəyyənləşdiriləcək.
Qeyd edək ki, 24 iyul - 9 avqust 2020-ci ildə keçirilməli olan Tokio Yay Olimpiya Oyunları bu il 23 iyul - 8 avqusta təxirə salınıb.