MOK-da "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib
Olimpizm xəbərləri
04.03.2021, 12:56
Martın 3-də Milli Olimpiya Komitəsində (MOK) "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib. MOK-dan bildiriblər ki, komitənin baş katibinin müavini Azər Əliyevin sədrliyi ilə keçirilən iclasda komissiyanın 2020-ci il ərzində gördüyü işlər, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 2020-2025-ci illər üçün hazırladığı yeni strateji yol xəritəsi, Tokio-2020 Yay Olimpiya Oyunlarına dair təhlükəsizlik qaydaları, həmçinin komissiyanın 2021-ci il üzrə fəaliyyət planı müzakirə olunub. BOK-un yeni - “Olimpiya gündəliyi 2020+5” strateji sənədi haqda komissiya üzvlərinə məlumat verən MOK-un marketinq idarəsinin müdiri Mehman Kərimov qarşıdakı 5 il ərzində Olimpiya hərəkatının beynəlxalq səviyyədə yol xəritəsi hesab olunan sənədin vacib məqamlarından danışıb. M.Kərimov bildirib ki, 15 tövsiyədən ibarət sənəd əsasən, 5 istiqamət üzrə qruplaşdırılıb. Onun sözlərinə görə, “Olimpiya gündəliyi 2020+5” sənədində xüsusi olaraq, ölkələr və cəmiyyətlər arasında həmrəyliyin artırılmasına diqqət çəkilib. Bundan başqa pandemiya şəraitində sürətləndirilən rəqəmsallaşma prosesindən kənarda qalmamaq tövsiyə olunur. Olimpiya dəyərlərini təbliğ etmək üçün rəqəmsal texnologiyalardan güclü bir vasitə kimi istifadə olunması vurğulanıb. Həmçinin strateji sənəddə BMT-nin davamlı inkişaf məqsədlərinə töhfə verilməsinin vacibliyi qeyd olunub. Daha bir istiqamət isə Olimpiya idman qurumlarına etibarlılığın artırılmasıdır. BOK pandemiyanın yaratdığı böhranın aradan qaldırılması ilə bağlı idman hərəkatının daha aktiv iştirakını vurğulayıb. MOK-un beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov Tokio-2020 Yay Olimpiya Oyunlarının daha təhlükəsiz və uğurla həyata keçirilməsi üçün nəşr edilmiş “Playbook” haqda komissiya üzvlərinə məlumat verib. Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq, bu il idman ictimaiyyətinin qatılacağı onlayn formatda konfrans keçirmək planlaşdırıldığını bildirib. F.Mansurov qadın idmançıların sayının artırılması ilə bağlı daha genişmiqyaslı təbliğat işlərinin aparılması haqda da tövsiyələr verib. Komissiya üzvləri, o cümlədən “İdman hamı üçün” televiziya proqramının 2021-ci il fəaliyyətini də müzakirə ediblər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş
-
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
18.09.2026, 15:05 Cüdo
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
18.09.2026, 14:30 Olimpiya dünyası
-
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
18.09.2026, 13:45 Futbol
-
Ümumdünya Şahmat Olimpiadası davam edir
18.09.2026, 12:33 Şahmat
-
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
18.09.2026, 10:53 Formula 1
-
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
18.09.2026, 10:05 Boks
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol
-
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
16.09.2026, 16:27 Şahmat
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
16.09.2026, 16:22 Tennis
-
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
16.09.2026, 14:07 Gimnastika
-
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
16.09.2026, 13:20 Formula 1
-
Şahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
16.09.2026, 11:52 Şahmat
-
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
16.09.2026, 11:36 Tennis
-
Sahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
16.09.2026, 10:04 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
15.09.2026, 20:06 Olimpiya dünyası
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
15.09.2026, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
15.09.2026, 11:28 Futbol
-
"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
15.09.2026, 10:55 Futbol
-
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
15.09.2026, 00:09 Cüdo
-
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
14.09.2026, 23:25 Boks
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
14.09.2026, 22:12 Su idman növləri
-
Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
14.09.2026, 16:10 Boks
-
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
14.09.2026, 15:23 Basketbol
-
Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
14.09.2026, 14:01 Olimpiya dünyası
-
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.2026, 13:09 Su idman növləri
-
“Elite polo club” çempion oldu
14.09.2026, 12:58 Olimpiya dünyası
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
14.09.2026, 12:51 Su idman növləri
-
Azərbaycan komandası FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
14.09.2026, 11:10 Basketbol
-
Milli komandalarımız Çində beynəlxalq təlim-məşq toplanışda iştirak edib, ardınca yarışda mübarizə aparacaqlar
14.09.2026, 10:34 Olimpizm xəbərləri