Hörmətli cənab Bax,
Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir və ən xoş arzularımı yetirirəm.
Keçirilmiş səsvermədə inamlı qələbəniz bütün Olimpiya ailəsi tərəfindən Sizə olan etimadın bariz göstəricisi, Olimpiya hərəkatının inkişafı, idmanın təşviqi sahəsində xidmətlərinizə verilən yüksək qiymətdir.
Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan ilə Beynəlxalq Olimpiya Komitəsi arasında əməkdaşlıq yüksək səviyyədədir və biz bu əməkdaşlığın daha da genişlənməsinə mühüm əhəmiyyət veririk. Əminəm ki, Olimpiya ideallarının təntənəsi naminə tərəfdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə daim müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2021-ci il.