Xəzər İsayev: “Azərbaycan Ədalətli Oyunlar Komissiyası fəaliyyətini uğurla davam etdirir”
BOK
14.04.2021, 16:44
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 1997-ci ildə yaradılan Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası (AzƏOK) uğurlu fəaliyyəti ilə seçilir. 1998-ci ildən Beynəlxalq və Avropa Ədalətli Oyunlar Hərəkatının üzvü olan AzƏOK-un təşkilatçılığı ilə ölkəmizdə bir sıra yerli və beynəlxalq tədbirlər keçirilib. Belə tədbirlərdən biri də, AzƏOK və MOK-un rəsmi mətbuat orqanı olan "Olimpiya dünyası” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən "İdman və Ədalətli Oyunlar” mövzusunda rəsm müsabiqəsidir. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, AzƏOK-un sədri Xəzər İsayev bu qurumun son dövrlərdəki fəaliyyəti və adıçəkilən rəsm müsabiqəsi ilə bağlı "Olimpiya dünyası” qəzetinə müsahibə verib. - Xəzər müəllim, AzƏOK-un ötənilki fəaliyyətini necə dəyərləndirirsiniz? - Azərbaycan Ədalətli Oyunlar Komissiyası yarandığı dövrdən indiyədək uğurlu fəaliyyətini davam etdirir. Son dövrlərdə pandemiya səbəbindən tədbirlərimizi onlayn qaydada təşkil etməyə çalışırıq. Hər il olduğu kimi, bu il də idman ilinin yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə Ədalətli Oyunlar Hərəkatına sadiq olanları mükafatlandırdıq. Martın 5-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair keçirilən tədbirdə 5 nominasiya üzrə 2020-ci ilin ən yaxşıları mükafatlandırıldı. Mikayıl Cabbarov "Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”, CBC Sport-un "Olimpiya günü” proqramı "Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı”, Aygül Abdullayeva "Ədalətli oyun prinsiplərinə sadiq hakim”, Namiq Abdullayev "Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”, Rüstəm Orucov isə "Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyaları üzrə təltif edildilər. - AzƏOK-un son dövrlərdə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı ilə əlaqələri hansı səviyyədə qurulub? - Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı ilə qarşılıqlı fəaliyyətimizi işgüzar və səmimi əlaqələr müstəvisində qurmuşuq. İndiyədək Ədalətli Oyunlar Hərəkatı ilə bağlı bir çox beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi bizə göstərilən etimadın bariz nümunəsidir. Hazırda bütün dünyada pandemiya səbəbindən tədbirlərin onlayn qaydada keçirilməsinə üstünlük verilir. Biz də Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının tədbirlərinə onlayn qaydada qoşulur və təşkilat nümayəndələri ilə mütəmadi əlaqə saxlayırıq. Qeyd edim ki, bu il Azərbaycan həmçinin Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) "İdman mənim üçün nə deməkdir” mövzusunda uşaqlar arasında keçirdiyi onlayn rəsm müsabiqəsində də 3 rəsm əsəri ilə təmsil olundu. Bu müsabiqəyə bütün dünya ölkələrindən nümayəndələr qatılmışdı. Xatırladım ki, keçən il də BƏOK-un müsabiqəsində iştirak etmişdik. - Yeri gəlmişkən, AzƏOK tərəfindən "Olimpiya dünyası”qəzeti ilə birlikdə yeni rəsm müsabiqəsinə start verilib. Bu barədə ətraflı məlumat verərdiniz. - AzƏOK tərəfindən indiyədək ölkəmizdə müxtəlif təbliğat xarakterli tədbirlər təşkil edilib. Bu dəfə MOK-un rəsmi mətbuat orqanı olan və Ədalətli Oyunlar Hərəkatı ilə bağlı daim geniş təbliğat işləri aparan "Olimpiya dünyası” qəzeti ilə birgə uşaqlar arasında rəsm müsabiqəsinin keçirilməsinə qərar verdik. Aprelin 15-dən "İdman və Ədalətli Oyunlar” mövzusunda rəsm müsabiqəsinə start verilib. 15 iyun 2021-ci il tarixədək davam edəcək müsabiqədə 3-8, 9-16 yaş qrupu üzrə paytaxt və bölgələri təmsil edən hər bir Azərbaycan Respublikasının vətəndaşı iştirak edə bilər. Qaliblər peşəkar münsiflər heyəti tərəfindən müəyyənləşəcək və hər bir iştirakçıya AzƏOK-un sertifikatları, qaliblərə mükafatlar təqdim olunacaq. Müsabiqənin mükafat fondu da artıq müəyyənləşib. Rəsmlər idmanda ədalət prinsiplərini əks etdirməlidir. Təbii ki, Ədalətli Oyunlar prinsipi təkcə idmanda deyil, gündəlik həyatımızda da mühüm əhəmiyyət kəsb edir. İştirakçılar bu mövzu ilə bağlı düşüncələrini sərbəst şəkildə rəsm əsərində əks etdirə bilərlər. Müsabiqə iştirakçıları istənilən boya növü və rəsm texnikasından istifadə etməkdə sərbəstdirlər. Rəsmlər 15 iyun 2021-ci il tarixədək [email protected] elektron poçt ünvanına göndərilməlidir. İştirakçılar müsabiqənin şərtləri barədə daha ətraflı məlumatı "Olimpiya dünyası” qəzetindən (həmçinin olimpiyadunyasi.com gündəlik onlayn qəzetindən) və olimpnews.az saytından əldə edə bilərlər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Velosipedçimiz Almatıda dördüncü oldu
Bugün, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
Bugün, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
Bugün, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
Bugün, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
Bugün, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol
-
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
02.09.2026, 14:16 Olimpiya dünyası
-
Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
02.09.2026, 13:29 Atletika
-
Ağırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
02.09.2026, 12:46 AMADA
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
02.09.2026, 10:10 Su idman növləri
-
Millimizin üzvü karyerasını başa vurdu
01.09.2026, 23:50 Voleybol
-
Millimiz Avropa çempionatında mübarizəni dayandırdı
01.09.2026, 23:30 Voleybol
-
AAF Prezidenti Kamran Nəbizadə Avropa birinciliyində 15 medal qazanmış komanda üzvləri ilə görüşüb
01.09.2026, 16:10 Ağırlıqqaldırma