Elnur Məmmədli: “O, sadəcə nazir deyil, bütün idmançılara dost, sirdaş, qələbəyə həvəsləndirən bir insan idi”
Olimpizm xəbərləri
05.05.2021, 15:20
“Bu acı xəbər hər kəs kimi, məni də çox sarsıtdı. Azad Rəhimovun dəfn olunduğu ikinci Fəxri Xiyabana gedib onun məzarına əklil qoydum. Amma etiraf edim ki, hələ də Azad müəllimin dünyasını dəyişdiyini qəbul edə bilmirəm”.
Bu sözləri “Olimpiya dünyası” qəzetinə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli bildirib. Azad müəllimlə bağlı xeyli xatirələrinin olduğunu deyən Olimpiya çempionu onunla ən səmimi münasibətlərinin Pekin-2008 Yay Olimpiya Oyunlarına təsadüf etdiyini qeyd edib.
“Azad müəllim həmin ərəfədə 2 il olardı ki gənclər və idman naziri vəzifəsinə təyin olunmuşdu. Azad müəllimin Olimpiya Oyunlarında ilk yarışımdan əvvəl soyunub-geyinmə otağına gəlib, mənimlə etdiyi söhbət bugünki kimi yadımdadır. O, içəri daxil olaraq “Elnur çempion! Mən sənə inanıram. Sən artıq Avropa çempionusan, dünya 2-cisisən. Düzdür, çox həyəcanlıyam, amma sənə inanıram”, - sözlərini dedi. Bu sözlər xatirəmdə əbədi həkk olub. O, həmçinin cənab Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın zalda olduğunu və mənim var gücümlə güləşəcəyimə əminliyini bildirdi. Mən isə Azad müəllimə narahat olmamasını və layiqincə Azərbaycanı təmsil edəcəyimi demişdim. Bütün mərhələlərdə qalib gəlib, finala yüksəldiyimdə isə Azad müəllim yenidən yanıma gəldi. O, soyunub-geyinmə otağına sevinc hissləri ilə daxil olub, məni qucaqladı. Cənab nazir həmin an mənə “Mən istəyirəm ki, sən çempion olasan”, - dedi. Çempion olduqdan sonra Atletlər Kəndinə gedəndə komanda heyətimizin orada qələbəni qeyd etmək üçün yığıldığını və girişdə şəklimin divara vurduğunu görüb çox təsirlənmişdim. Azad müəllim məni yanına dəvət edib qucaqladı və mənimlə fəxr etdiyini bildirdi. O, həqiqətən də idmançılara çox səmimi, dostcasına yanaşır, insana hərtərəfli dəstək olurdu. Hətta biz bəzən Azad Rəhimovun nazir olduğunu unudurduq. Hər bir idmançıya xüsusi qayğı ilə yanaşır, problemimiz olanda isə dərhal canla-başla həll edirdi. O, sadəcə nazir deyil, bütün idmançılara dost, sirdaş, qələbəyə həvəsləndirən bir insan idi. Azad müəllim çox böyük bir ürəyə sahib, nurlu bir şəxs idi. Onun necə vətənpərvər bir şəxs olduğunu görmək üçün beynəlxalq yarışlarda dövlət himnimizin səsləndiyi zaman kövrəldiyini izləmək kifayət edirdi. Azad Rəhimov dövlət başçımıza, xalqımıza, millətimizə çox sədaqətli bir insan idi. Allah Azad Rəhimova rəhmət eləsin, ailəsinə səbr versin”, - deyə Elnur Məmmədli bildirib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ölkə üzrə yeni rekord
Bugün, 10:24 Su idman növləri
-
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb
Bugün, 09:44 Velosiped
-
Misli Premyer Liqası: Növbəti turun oyun cədvəli müəyyənləşdi
11.05.2026, 23:42 Futbol
-
"Barselona" Fliklə razılığa gəldi
11.05.2026, 23:37 Futbol
-
FIFA Dünya Kuboku üçün xüsusi analiz qrupu yaratdı
11.05.2026, 23:25 Futbol
-
"Barselona"dan çempionluq paradı - FOTO
11.05.2026, 23:09 Fotoqalereya
-
Pəhləvanlarımız Avropa çempionatının finalında
11.05.2026, 22:54 Güləş
-
Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
11.05.2026, 22:15 Taekvondo
-
Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar
11.05.2026, 21:57 Güllə atıcılığı
-
“Herta”nın gənc istedadı Dortmund yolunda
11.05.2026, 21:36 Futbol
-
Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib
11.05.2026, 20:35 Olimpiya dünyası
-
Beynəlxalq peşəkar MMA turnirində uğurlu nəticə
11.05.2026, 20:00 Olimpiya dünyası
-
Yelkənçilərimiz Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
11.05.2026, 16:54 Su idman növləri
-
U-16 millimiz UEFA İnkişaf Turnirindəki sonuncu oyununda da məğlub oldu
11.05.2026, 15:58 Futbol
-
Azərbaycan atıcılarından Avropa çempionatında möhtəşəm uğur
11.05.2026, 15:48 Güllə atıcılığı
-
Şahmatçımız Buxarestdə ikinci oldu
11.05.2026, 15:34 Şahmat
-
Cüdo hakimlərimiz beynəlxalq turnirdə iştirak ediblər
11.05.2026, 15:26 Cüdo
-
Azərbaycan Kubokunda son 10 mövsümün rekordu
11.05.2026, 14:03 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
11.05.2026, 13:52 Velosiped
-
"Neftçi" və Türkiyə klubu arasında əməkdaşlıq imkanlarını müzakirə edilib
11.05.2026, 13:27 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib
11.05.2026, 13:21 Velosiped
-
Beynəlxalq arenada növbəti uğur
11.05.2026, 10:03 Cüdo
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
11.05.2026, 08:05 Velosiped
-
"Barselona" "Real"a qalib gələrək çempionluğunu rəsmiləşdirdi
11.05.2026, 01:16 Futbol
-
Avropa çempionatında iştirak edəcək parataekvondoçularımız müəyyənləşdi
10.05.2026, 22:45 Taekvondo
-
Qoru sınağında 9 medal
10.05.2026, 22:36 Cüdo
-
"Neftçi" üç xalı üç qolla qazandı
10.05.2026, 22:33 Futbol
-
Çimərlik güləşçilərimizdən bir dəst medal
10.05.2026, 21:18 Güləş
-
Paraüzgüçümüzdən gümüş medal
10.05.2026, 20:43 Su idman növləri
-
"Turan Tovuz" avrokuboklara vəsiqəni təmin etdi
10.05.2026, 19:17 Futbol
-
Cüdoçumuzdan bir həftə ərzində iki medal
10.05.2026, 19:00 Cüdo
-
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
10.05.2026, 15:45 Velosiped
-
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
10.05.2026, 14:55 Futbol
-
“El-Klasiko" öncəsi statistik mənzərə: "Barselona" və "Real Madrid" arasında tarixi rəqabət
10.05.2026, 13:19 Futbol