Sofiyada uğur qazanan idmançılarla görüş keçirilib
Olimpizm xəbərləri
12.05.2021, 15:17
Azərbaycan Taekvondo Federasiyasında (ATF) Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa təsnifat turnirindən qayıdan parataekvondoçularla görüş keçirilib. Tədbirdə iştirak edən ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və nəzarət-təftiş komitəsinin sədri Vüqar Məmmədov yarışda uğur qazanmaları münasibətilə millinin üzvlərini təbrik ediblər. N.Səfərov yarışa yollanan dörd idmançının hər birinin Tokio Yay Paralimpiya Oyunlarına lisenziya qazanmasının böyük nailiyyət olduğunu vurğulayaraq deyib: “Son olimpiadada - Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yeganə qızıl medalı taekvondoda əldə etmişdik. İndi bu idman növü ilə yanaşı, hədəfimiz parataekvondoçularımızı da dünyada ən güclülər sırasında görməkdir. Azərbaycan parataekvondoçuları dünyaya sübut etdilər ki, onlar güclü idmançılardır. İdmançılarımızın bəziləri xal fərqində o qədər öndə idi ki, rəqibin bizə çatması mümkün deyildi. Aynurun görüşü daha gərgin alındı. Lisenziyanı qızıl xalla qazandı. Bu əldə edilən dörd lisenziya ilə sübut olundu ki, istənilən yarışda qələbə qazanmaq mümkündür. Biz Sofiyaya dörd parataekvondoçu ilə deyil, yeddi idmançı ilə də getsəydik, inanırdım ki, hər biri olimpiadaya vəsiqə qazanacaqdı”. O qeyd edib ki, əsas niyyətimiz bu uğuru Paralimpiadada davam etdirməkdir: “Bu, birinci mərhələdir. Əsas məqsəd Paralimpiadadadır. İnanırıq ki, Bolqarıstanda nümayiş etdirdiyiniz döyüşləri Tokioda da göstərəcəksiniz və himnimizi səsləndirərək Vətənə medallarla qayıdacaqsınız”. Niyaməddin Paşayev hazırlıq dövrünü xatırladıb, uğurlu nəticə üçün komandaya təşəkkürünü bildirərək deyib: “Lisenziya yarışında hər bir təmsilçimizin vəsiqə qazanması böyük nailiyyətdir. Tokio Yay Paralimpiya Oyunlarında da medal qazanılacağına, xalqımızı sevindirəcəyinizə, ölkəmizin idman şərəfini layiqincə qoruyacağınıza inanıram”. Vüqar Məmmədov da yığma üzvlərini və məşqçi heyətini təbrik edib. O, parataekvondoçularımızın Tokioda öz sözlərini deyəcəyinə əmin olduğunu bildirib. Yığmanın baş məşqçisi Fərid Tağızadə komandasının uğurlu çıxışına sevindiyini vurğulayıb. O bildirib ki, əsas məqsəd lisenziyanı medala çevirməkdir. F.Tağızadə qeyd edib ki, paralimpiadada hər çəki dərəcəsində 12 rəqib olacaq və çempionluq üçün üç qələbə qazanmaq vacibdir: “Türkiyə, Rusiya və Monqolustan yarışa çox ciddi hazırlaşır və fikrimcə əsas rəqiblərimiz arasında digərlərindən fərqlənirlər. İnanıram ki, idmançılarımız yüksək nəticə göstərəcəklər. Bu yolda bizə dəstək olan federasiyaya təşəkkür edirəm”. Paralimpiadaya vəsiqə qazanan Aynur Məmmədov isə qələbə təəssüratlarını bölüşüb. Bildirib ki, gərgin döyüşdən sonra hələ də özünə gələ bilmir: “Hesabda 8:0 hesabı ilə öndə idim. Amma rəqib hesabı necə 15:15-ə gətirdi. Bir anlıq gözümün qarşısına gəldi ki, əziyyətlərimiz, bizə göstərilən dəstək boşuna gedir. Sonda 15:15 hesabını saxlamağı düşünürdüm və bunu bacardım. Döyüş qızıl xala getdi. Həmin an var gücümlə zərbə vurdum və lazımi xalı qazandım. Bu mənə daha məsuliyyətli olmağı öyrətdi. Çünki qızıl xal uğrunda döyüş çox çətindir. Federasiyanın rəhbərliyinə və müəllimlərimə təşəkkür edirəm. Hədəfim paralimpiadada qızıl medala sahib olmaqdır”. İdmançılarımızdan Əbülfəz Abuzərli isə bildirib ki, bu uğurun ardı gəlməlidir: “Sofiyada olanda yalnız bu yarışda qələbə qazanmağı düşünürdük. İndi isə növbəti hədəf paralimpiadada çempion olmaqdır”. Qeyd edək ki, parataekvondo üzrə Azərbaycan milli komandası Tokio Yay Paralimpiya Oyunlarına Sofiyada dörd lisenziya qazanıb. Təmsilçilərimizdən Əbülfəz Abuzərli (K-44, 75 kq), İmaməddin Xəlilov (K-44, 61 kq), Röyalə Fətəliyeva (K-44, 49 kq) və Aynur Məmmədova (K-44, 58 kq-dan yuxarı) avqustun 24-dən sentyabrın 5-dək Yaponiyanın paytaxtında keçiriləcək paralimpiadada iştirak etmək hüququna yiyələniblər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK