Azad Rəhimovun əziz xatirəsi Azərbaycan idman ictimaiyyətinin qəlbində daim yaşayacaqdır
Olimpizm xəbərləri
18.05.2021, 12:42
Azərbaycanın idman ictimaiyyəti 2021-ci ilin aprel ayında ağır itki ilə üzləşdi. Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Arif oğlu Rəhimov 2021-ci il aprelin 30-da əbədiyyətə qovuşdu.
Azad müəllim haqqında keçmiş zamanda danışmaq, yazmaq olduqca çətindir. Bu səmimi insanın aramızda olmaması ilə barışmaq istəməsək də, onun cismani yoxluğunu qəbul etmək məcburiyyətindəyik. Amma bu nurlu insanın xatirəsi onu tanıyanların, onunla birlikdə çalışan şəxslərin yaddaşında daim yaşayacaqdır.
Azad Rəhimov - müsbət insani keyfiyyətləri, ziyalılığı ilə yanaşı, özü haqqında deyil, başqaları haqqında daha çox düşünən, onların qəlbini sevindirən bir insan idi.
Azad Rəhimov uzun illər Azərbaycanın milli maraqlarının qorunması üçün bilik və bacarığını əsirgəməyərək, özünün yüksək peşəkarlığı və təşəbbüskarlığı sayəsində dövlət gənclər və idman siyasətinin həyata keçirilməsində, bu sahədə dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanıb müvəffəqiyyətlə icra edilməsində uğurlu fəaliyyət göstərmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 7 fevral tarixli Sərəncamı ilə Azad Rəhimov Azərbaycan Respublikasının gənclər və idman naziri təyin olunmuşdur. Gənclər və idman naziri kimi 15 il ərzində ölkə prezidentinin rəhbərliyi ilə respublikamızda gənclərlə iş sahəsində fəaliyyətin gücləndirilməsində, idman infrastrukturunun inkişafında, nüfuzlu beynəlxalq tədbirlərin təşkilində, dünya və Avropa gənclər və idman qurumları ilə əlaqələrin qurulmasında, Azərbaycanın dünyanın idman mərkəzlərindən biri kimi tanınmasında xüsusi xidmətlər göstərmişdir.
2006-cı ildə Azərbaycan Respublikasının gənclər və idman naziri təyin olunan Azad Rəhimov ömrünün sonunadək bu vəzifəni icra etmiş, həmin illərdə eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti olmuşdur.
Azad Rəhimovun Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsində böyük əməyi var idi. Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi 30 aylıq qısa bir müddətdə inanılmaz nailiyyətə imza ataraq, bu mötəbər idman turnirini ən yüksək səviyyədə təşkil etməyə nail oldu. Azərbaycan təkcə təşkilatçılığı ilə deyil, atletlərimizin uğurlu çıxışları ilə də Prezident İlham Əliyevin dediyi kimi, Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi.
Azad müəllimin vətənpərvərlik sahəsindəki fəaliyyəti də diqqətəlayiqdir. Onun rəhbərliyi ilə 24 aprel 2020-ci il tarixdən sosial şəbəkələrdə "Evdə qal, təbliğatdan qalma!” virtual təbliğat kampaniyasına başlanılmışdır. 20 iyul 2020-ci il tarixdə Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində baş verən təxribatla bağlı Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif ölkələrin müvafiq qurumlarının rəhbərlərinə müraciətlər göndərilmişdir. İkinci Dünya Müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaət göstərmiş qəhrəmanların, eyni zamanda pandemiya dövründə yüksək xidmətlər göstərmiş müxtəlif peşə sahiblərinin gənclər arasında tanıdılması, təbliğ edilməsi məqsədi ilə sosial şəbəkədə (Facebook) "Mənim Qəhrəmanım” onlayn kampaniyası keçirilmişdir.
Azad Rəhimov gənclər və idman naziri kimi çalışdığı müddət ərzində daim işgüzarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona həmkarları arasında da böyük hörmət qazandırmışdır. Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan idmanın qarşısında dayanan vəzifələrin müvəffəqiyyətlə gerçəkləşdirilməsi üçün qüvvə və bacarığını əsirgəməyən Azad Rəhimov respublikada idmanın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi və kütləviliyinin artırılması, eləcə də idmançılarımızın ən mötəbər yarışlarda iştirakının yüksək səviyyədə təmin edilməsi və ölkəmizin idman şərəfinin beynəlxalq miqyasda layiqincə qorunması işinə töhfələr vermişdir. Azərbaycan gəncliyinin inkişafına dair dövlət proqramları və strategiyalarının hazırlanmasında, habelə gənclərin yaradıcılıq potensialının üzə çıxarılması ilə bağlı tədbirlərin uğurla həyata keçirilməsində onun təqdirəlayiq xidmətləri olmuşdur. Azad müəllimin həyat fəaliyyəti gənclərə həmişə nümunə olacaqdır. Onun çalışdığı dövrdə gənc nəslin sağlam həyat tərzinin formalaşması, sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, yüksək dərəcəli idmançıların hazırlanması, Olimpiya Hərəkatının genişləndirilməsi, Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlığın təmin edilməsi, idmanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilmişdir. Azad Rəhimovun rəhbərlik etdiyi Gənclər və İdman Nazirliyinin fəaliyyətinin mühüm istiqamətlərindən biri də istedadlı gənclərin idmana cəlb olunmasına, gənc nəsildə xalqımızın tarixi keçmişinin, onun mədəni irsinin, ölkəmizin zəngin təbiətinin öyrənilməsinə maraq oyatmaqdan ibarət idi. İdmançı gəncləri idmana, elmi yaradıcılığa cəlb etmək üçün müxtəlif vasitələrdən - maddi və mənəvi həvəsləndirmə vasitələrindən istifadə edir, bu sahədə ilin ən yaxşıları mükafatlar, diplomlar, fəxri fərmanlarla mükafatlandırırdı.
Azad müəllim doğrudan da böyük bir şəxsiyyət idi. O, qısa müddətdə idman ictimaiyyətinin hörmətini qazanmışdı. Ona inanırdılar, onunla işləməyə həvəs göstərirdilər. Azad müəllim özünə qarşı da çox tələbkar idi, onunla işləyənlərdən işin kefiyyətlə görülməsini çox ciddi tələb edirdi. Eyni zamanda iş yoldaşlarına qayğı ilə yanaşırdı, onlara işin icrasında köməklik göstərirdi, istiqamət verirdi.
Çox zaman deyirlər və doğru deyirlər ki, böyük insanlarla bərabər çalışdığımız zaman onların böyüklüyünü görmürük. Onlar bu dünyadan köçəndən sonra düşünürük bu haqda. Azad müəllimin böyüklüyünü hamı görürdü. Azad müəllimi tanıdığım gündən onun zəhmətkeş, iradəli, əzmkar duyğulu, mehriban, səmimi, sədaqətli, alovlu vətənpərvər bir insan olduğunun şahidi idim.
Azad müəllimin çox vacib olan keyfiyyətlərlə yanaşı, həm də yüksək idarəetmə, təşkilatçılıq bacarığı var idi. Mən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman və xarici əlaqələr üzrə prorektoru vəzifəsində çalışdığım dövrdə Azad müəllim mənim 15-ə yaxın kitablarımın çap olunmasına maddi və mənəvi cəhətdən köməklik göstərmişdir. Gənclər və İdman Nazirliyi tərəfindən Milli Olimpiya Komitəsinin inzibati binasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə nəşr olunmuş "Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri” kitabımın (12.05.2013), Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə akademiyanın akt zalında "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində bədən tərbiyəsi və idmanın inkişafı” (1918-2018) kitabımın təqdimat mərasimi keçirildi (25.05.2018). Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 10 qat "ilin ən yaxşı tədqiqatçı jurnalisti” adına, 2018-ci ildə isə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "İlin elm adamı” adına layiq görülmüşəm. Bu tədbirlər şəxsən Azad müəllimin təşəbbüsü ilə baş tutmuşdu.
Azad müəllimin müdriklik və sadəlik, sərtlik və zəriflik, tələbkarlıq və qayğıkeşlik kimi böyük insani keyfiyyətlərinin şahidi idim. Rəhbərlik etdiyi Gənclər və İdman Nazirliyində, idman və geniş ictimaiyyət arasında, dostları, tanışları yanında şəxsiyyəti böyük tərbiyə məktəbinə çevrilən Azad müəllimin ən ümdə xarakterik cəhətlərindən biri və bəlkə də birincisi onun təvazökarlığı və ürək genişliyi idi. Məncə, insanlığın ən yüksək keyfiyyəti də onun təvazökarlığı və ürək genişliyidir. El arasında bir misal var: "Ağac bar gətirəndə başını aşağı əyər”. Bu deyimin böyük mənası var. Azad müəllimdəki insani xüsusiyyətlərdən biri də onun insanlara qarşı mehribanlığı, onları başa düşməyi, dərdlərinə şərik olması və təvazökarlığı idi.
Azad müəllim özünəməxsus səy və bacarıqla öz vəzifəsinə yanaşırdı, o, işdə olan çətinliklərdən çəkinmirdi, onları bacarıqla həll edirdi. Boy - buxun, səs elə bil ki, Allah tərəfindən ona xüsusi bəxş edilmişdi və ən əsası insanpərvərlik, Vətəni sevmək, insanların qayğısına qalmaq xüsusiyyətləri Azad müəllimdə xüsusilə nəzərə çarpırdı. Azad müəllimin zahiri görünüşü çox zəhimli və ciddi olsa da, amma ürəyi çox yumşaq və rəhimli idi.
Azad müəllim ömrünün sonunadək Azərbaycanın bədən tərbiyəsi və idman sahəsinə sədaqətlə xidmət etdi. Son illər sağlamlığında müəyyən problemlər olsa da, yorulmaq bilmədən çalışırdı. İdmanın, Olimpiya Hərəkatının inkişafı ilə bağlı maraqlı ideyaları vardı. O, dövrünün səməndər quşu tək insanlarda işıqlı gələcəyə ümid yaradırdı. Azad Rəhimov əqidəli, saf, təmənnasız insan kimi yaşadı. Yorulmaz fəaliyyəti və yaradıcı əməyi ilə nurlu bir iz qoydu.
Azərbaycanda gənclərlə iş sahəsində xidmətlərinə və ictimai fəaliyyətinə görə Azad Rəhimov müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan "Şöhrət” və "1-ci dərəcəli Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdir.
Onun ölüm xəbəri bizi sarsıtdı. Həyatının mənasını xalqına xidmət etməkdə, insanlara yaxşılıq etməkdə görən, yeri həmişə görünən qeyrətli, vətənpərvər Azərbaycan oğlu ədəbiyyətə qovuşdu.
Təbiət əbədidir. Yer, göy əbədidir. Bir də bizi yaradan Allah əbədidir. İnsan gəlib-gedəcək, gec-tezliyi var. Lakin əsl insan o insandırki, həyatını başa vurub gedəndən sonra onu tanıyanların yaddaşında bir ölməzlik qoyur. Sağlığında təmiz ad-san qazanır. Doğmalarına, qohum-əqrəbasına baş ucalığı gətirir. Tanınmış ictimai-siyasi xadim Azad Rəhimov da belə insanlardan biri idi. Bacarıqlı təşkilatçı, rəhbərlik etdiyi kollektivin həqiqi lideri, səmimi, xeyirxah və təvazökar insan, gənclərin və idman ictimaiyyətinin dostu Azad Rəhimovun əziz xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaqdır.

Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
Bugün, 16:10 Boks
-
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
Bugün, 15:23 Basketbol
-
Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
Bugün, 14:01 Olimpiya dünyası
-
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
Bugün, 13:09 Su idman növləri
-
“Elite polo club” çempion oldu
Bugün, 12:58 Olimpiya dünyası
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
Bugün, 12:51 Su idman növləri
-
Azərbaycan komandası FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
Bugün, 11:10 Basketbol
-
Milli komandalarımız Çində beynəlxalq təlim-məşq toplanışda iştirak edib, ardınca yarışda mübarizə aparacaqlar
Bugün, 10:34 Olimpizm xəbərləri
-
Azərbaycan cüdoçuları lisenziya xarakterli yarışda 3 medal qazandılar
Bugün, 10:00 Cüdo
-
İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
13.09.2026, 22:41 Olimpizm xəbərləri
-
Azərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
12.09.2026, 21:00 MOK
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
12.09.2026, 19:25 MOK
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
10.09.2026, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
10.09.2026, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
10.09.2026, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
10.09.2026, 10:15 Olimpiya dünyası
-
İtaliyada MOK-ların II rəqəmsal kommunikasiyalar seminarı keçirilir
09.09.2026, 17:49 MOK
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo