Bu gün Yaponiyada Tokio Olimpiya Oyunlarında iştirak edəcək idmançıların koronavirusa qarşı vaksinasiyası başlayıb.
Yaponiya Milli Olimpiya Komitəsinin məlumatına görə, vaksinasiyanın ilk günü 200-ə yaxın atlet peyvənd olunub.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) başçısı Tomas Bax bir qədər əvvəl bildirmişdi ki, Olimpiada başlayana qədər yarış iştirakçılarının azı 75 faizi peyvəndlənəcək. Eyni zamanda, Pfizer və BioNTech kompaniyaları Tokio Olimpiya Oyunlarının peyvənd olunmaq istəyən iştirakçılarının immunlaşdırılması üçün BOK-a təmənnasız olaraq COVID-19 vaksinləri verəcəyini elan edib.
Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən təxirə salınmış Olimpiya Oyunlarının bu il iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.