Avstraliyalı uzgüçü xanım Meydelin Qrovs Tokioda keçiriləcək Olimpiya Oyunlarını boykot edir. O, öz qərarını qadınlara nifrət edən və onlara yazıqları gələnlərə “dərslərini vermək” istəyi ilə izah edib. İdmançı əlavə edib ki, qızların istismarına və pul qazanmaq üçün onların bədənlərini gülünc obyektinə çevirənlərə qarşı çıxır. “Vaxt bitdi”, - deyə M.Qrovs əlavə edib.
Üzgüçü narazılığının dəqiq nə ilə bağlı olduğunu açıqlamayıb. Lakin məlumata görə, bu yaxınlarda avstraliyalı kişi üzgüçünün ona çimərlik geyimində baxması idmançını özündən çıxarıb. Bundan əlavə, təlimçilərdən biri Meydelinin sosial şəbəkələrdəki paylaşımına ədəbsiz şərh yazıb. Bildirək ki, M.Qrovsun qəzəbinə səbəb olan idmançı və mütəxəssisin adları açıqlanmır.
Qeyd edək ki, Meydelin Qrovs 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında iki gümüş medal qazanıb.
Olimpiya Oyunlarının gümüş medalçısı Tokio-2020-ni boykot edir