Olimpiya qurğuları öz möhtəşəmliyi ilə seçilir
Olimpizm xəbərləri
19.06.2021, 12:00
1932-ci ildə Amerikanın Los-Anceles şəhərində X Olimpiya oyunları keçirildi. Şəhərin yenidən qurulan "Kolizey" (1923) stadionunda 100 mindən artıq tamaşaçı yerləşirdi. Bu qurğu həmin dövrün ən möhtəşəm və unikal stadionu sayılırdı. Onun mərkəzi arkası üzərində Olimpiya məşəli alovlanırdı. Avarçəkənlər yenicə hazırlanmış Lonq Beach kanalında, velosipedçilər müvəqqəti fəaliyyət göstərən velotrekdə təşkil edilmiş yarışlarda iştirak edirdilər.

1932-ci ildə XI Olimpiya oyunlarının Berlində keçirilməsi qərara alındı. Almaniya höküməti oyunlara çox ciddi sürətdə hazırlıq görməyə başladı. Berlində olimpiada üçün inşa edilmiş idman kompleksi möhtəşəmliyi ilə əvvəlkilərdən fərqlənirdi. İdman kompleksinin layihəsinə görə memar Verner Marxa qızıl medala layiq görüldü. Olimpiadanın əsas stadionuna 100 min nəfərdən artıq tamaşaçı yerləşirdi. Daha 150 min azarkeş üzgüçülük hovuzunda təşkil edilən üzgüçülük yarışlarını və idman zalındakı hokkey turnirlərini izləyirdi.



Tokioda 1964-cü ildə keçirilən VIII Olimpiya oyunlarına hazırlığa 2.668 milyon ABŞ dolları məbləğində vəsait xərcləndi (460 milyon ABŞ dolları maddi texniki bazanın yaradılmasına, qalan məbləğ isə şəhərin infrastrukturunun inkişafına sərf edilmişdi). Asiya regionunda keçirilən ilk Olimpiya oyunlarının təşkilatçıları yarışlar və məşqlər üçün 110-dan çox müxtəlif idman qurğuları hazırlayaraq idmançıların istifadəsinə verdi. Tokioda yeni metro xətləri və çoxxətli dəmir yolu inşa edildi. Nəqliyyat sahəsində mövcud problemləri aradan qaldırmaq üçün nəqliyyat sistemində köklü dəyişikliklər aparıldı. Tokio olimpiadasının əsas mərkəzi isə "Yoyoqi" parkında yerləşən bağlı idman qurğuları idi. Tokio oyunlarının xarakter xüsusiyyətlərindən biri də yarışlar zamanı texniki vasitlərdən geniş istifadə olunması idi. Bu vasitələrin tətbiqi hakimlərin daha dəqiq və operativ işləməsinə imkan yaratdı. Kosmos vasitəsilə yayımlanan televiziya verilişləri bütün dünyanın diqqətini olimpiya arenalarında baş verənlərə cəlb etdi. Olimpiya oyunlarını dünyanın hər bir yerindən izləmək imkanı yarandı. Bu isə Olimpiya Hərəkatının populyarlığının son dərəcə artmasına səbəb oldu. 1968-ci ildə Olimpiya oyunları ilk dəfə olaraq Latın Amerikası ərazisində keçirildi. Mexiko şəhəri bu möhtəşəm oyunlara ev sahibliyi etməyin öhdəsindən layiqincə gəldi. Müxtəlif ölkələrdən şəhərə axışan turist axınının Mexikonun iqtisadiyyatının inkişafına böyük təsiri oldu. Münhendə keçirilən X Olimpiya oyunlarının təşkilatçıları Roma, Tokio və Mexikonun təcrübəsindən bəhərlənərək, Olimpiadanın daha yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni etdilər. Stadion, universal idman sarayı, bağlı velotrek və üzgüçülük hovuzunun yerləşdirildiyi "Obervizenfeld" stadionu yenidən quruldu. Bundan başqa atıcılıq kompleksi, avarçəkmə kanalı, ippodrom və bir sıra digər idman qurğuları inşa edildi. Qeyri-adi turist axını nəzərə alınaraq, şəhərdə yeni metro xətləri, avtomagistral yollar çəkildi. Şəhərin mehmanxanalarının sayı 10 dəfəyə qədər çoxaldıldı. İdmançıların yerləşdirilməsi üçün 10-15 min yerlik Olimpiya kəndi inşa edildi.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ölkə üzrə yeni rekord
Bugün, 10:24 Su idman növləri
-
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb
Bugün, 09:44 Velosiped
-
Misli Premyer Liqası: Növbəti turun oyun cədvəli müəyyənləşdi
11.05.2026, 23:42 Futbol
-
"Barselona" Fliklə razılığa gəldi
11.05.2026, 23:37 Futbol
-
FIFA Dünya Kuboku üçün xüsusi analiz qrupu yaratdı
11.05.2026, 23:25 Futbol
-
"Barselona"dan çempionluq paradı - FOTO
11.05.2026, 23:09 Fotoqalereya
-
Pəhləvanlarımız Avropa çempionatının finalında
11.05.2026, 22:54 Güləş
-
Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
11.05.2026, 22:15 Taekvondo
-
Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar
11.05.2026, 21:57 Güllə atıcılığı
-
“Herta”nın gənc istedadı Dortmund yolunda
11.05.2026, 21:36 Futbol
-
Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib
11.05.2026, 20:35 Olimpiya dünyası
-
Beynəlxalq peşəkar MMA turnirində uğurlu nəticə
11.05.2026, 20:00 Olimpiya dünyası
-
Yelkənçilərimiz Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
11.05.2026, 16:54 Su idman növləri
-
U-16 millimiz UEFA İnkişaf Turnirindəki sonuncu oyununda da məğlub oldu
11.05.2026, 15:58 Futbol
-
Azərbaycan atıcılarından Avropa çempionatında möhtəşəm uğur
11.05.2026, 15:48 Güllə atıcılığı
-
Şahmatçımız Buxarestdə ikinci oldu
11.05.2026, 15:34 Şahmat
-
Cüdo hakimlərimiz beynəlxalq turnirdə iştirak ediblər
11.05.2026, 15:26 Cüdo
-
Azərbaycan Kubokunda son 10 mövsümün rekordu
11.05.2026, 14:03 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
11.05.2026, 13:52 Velosiped
-
"Neftçi" və Türkiyə klubu arasında əməkdaşlıq imkanlarını müzakirə edilib
11.05.2026, 13:27 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib
11.05.2026, 13:21 Velosiped
-
Beynəlxalq arenada növbəti uğur
11.05.2026, 10:03 Cüdo
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
11.05.2026, 08:05 Velosiped
-
"Barselona" "Real"a qalib gələrək çempionluğunu rəsmiləşdirdi
11.05.2026, 01:16 Futbol
-
Avropa çempionatında iştirak edəcək parataekvondoçularımız müəyyənləşdi
10.05.2026, 22:45 Taekvondo
-
Qoru sınağında 9 medal
10.05.2026, 22:36 Cüdo
-
"Neftçi" üç xalı üç qolla qazandı
10.05.2026, 22:33 Futbol
-
Çimərlik güləşçilərimizdən bir dəst medal
10.05.2026, 21:18 Güləş
-
Paraüzgüçümüzdən gümüş medal
10.05.2026, 20:43 Su idman növləri
-
"Turan Tovuz" avrokuboklara vəsiqəni təmin etdi
10.05.2026, 19:17 Futbol
-
Cüdoçumuzdan bir həftə ərzində iki medal
10.05.2026, 19:00 Cüdo
-
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
10.05.2026, 15:45 Velosiped
-
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
10.05.2026, 14:55 Futbol
-
“El-Klasiko" öncəsi statistik mənzərə: "Barselona" və "Real Madrid" arasında tarixi rəqabət
10.05.2026, 13:19 Futbol