Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışıkeçirilib. Beynəlxalq turnirin ilk günündə cüdoçularımız 2 medal qazanıblar. 60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bütün görüşləri qalib başa vuraraq, qızıl medala sahib olub. Daha bir təmsilçimiz Nəriman Mirzəyev (66 kq) isə bürünc medal qazanıb.
Beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha 2 bürünc medala layiq görülüblər. Elcan Hacıyev (81 kq) və Ruslan Nəsirli (100 kq) Portuqaliya yarışını 3-cü yerdə başa vurublar. Beləliklə, milli komandamız Avropa kubokunda 1 qızıl və 3 bürünc medal qazanıb.
Qeyd edək ki, Avropa kubokunda 24 ölkədən 306 cüdoçu yarışıb.
Gənc cüdoçularımız Portuqaliyada uğurla yarışıblar