Avro-2020: İngiltərə millisi tarixində ilk dəfə finala vəsiqə qazandı

Avro-2020: İngiltərə millisi tarixində ilk dəfə finala vəsiqə qazandı

Avro-2020 həyəcanı artıq sona yaxınlaşır. Çempionatın ikinci yarımfinal görüşündə digər finalçının da adına aydınlıq gəlib. Londondakı “Uembli” stadionunda keçirilən qarşılaşmada İngiltərə və Danimarka milliləri üz-üzə gəliblər. Oyunda hesabı skandinaviyalılar açıblar. 30-cu dəqiqədə Mikkel Damsqaard cərimə zərbəsindən baxımlı qola imza atıb. Bu, Avropa çempionatında öz qapılarını toxunulmaz saxlayan ingilislərin buraxdıqları ilk qol olub. Qoldan sonra, təzyiqi artıraran ingilislər rəqibin sayəsində istəyinə nail olublar. Belə ki, matçın 39-cu dəqiqəsində Danimarka millisinin müdafiəçisi Simon Kyaer topu öz qapısına göndərib -1:1. Bu hesab eyni zamanda əsas vaxtda vurulan son qol olub.
Qalibi müəyyənləşdirnək üçün hər biri 15 dəqiqədən ibarət iki əlavə vaxt oynanılıb.
Birinci əlavə vaxtın sonuna yaxın danimarkalı müdafiəçilərin cərimə meydançasında Rahim Sterlinqə qarşı törətdikləri qayda pozuntusuna görə hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Harri Keyn matçın 114-cü dəqiqəsində cərimə zərbəsini yerinə yetirib. Qapıçı Kasper Şmayxel ilk zərbəni dəf etsə də, Harri Keyn təkrar zərbə ilə komandasını Avvropa çempionatının finalına çıxaran qolu vurub.
Beləliklə, görüşdə 2:1 hesabı ilə qalib gələn İngiltərə milli komandası Avropa çempionatları tarixində ilk dəfə finala yüksəlib.
Avropa çempionatının finalı iyulun 11-də keçiriləcək. “Uembli” stadionunda keçiriləcək həmin görüşdə İngiltərə və İtaliya komandaları üz-üzə gələcəklər. ​ Final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.