İtaliyalı hücumçu Türkiyə klubuna keçdi

İtaliyalı hücumçu Türkiyə klubuna keçdi

İtaliya millisinin keçmiş hücumçusu Mario Balotelli karyerasını Türkiyə klubunda davam etdirəcək. 31 yaşlı hücumçu yeni mövsümdən etibarən Super Liqada mübarizə aparacaq “Adana Demirspor”un heyətində çıxış edəcək.
Türkiyə klubu futbolçu ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Mario Balotelli geridə qalan mövsümü İtaliyanın “Monza” klubunda keçirib.