Tbilisidə təşkil olunan yeniyetmə boksçular arasında Avropa birinciliyində iyulun 9-da yarımfinal mərhələsinin görüşləri keçiriləcək.
Azərbaycan millisinin üzvü Məhəmmədəli Qasımzadə (54 kq) yarımfinalda mübarizə aparacaq. Finala gedən yolda boksçumuzun rəqibi rumıniyalı Daniel Girleanu olacaq.
Xatırladaq ki, səkkizdəbir finalda ukraynalı Arseni Oniyenkonu məğlub edən M.Qasımzadə növbəti görüşdə estoniyalı Fyodor Kamanin üzərində qələbə qazanıb. M.Qasımzadə yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.
Otuz ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də keçiriləcək.
Boksçumuz finalın bir addımlığında