Mariya Stadnik: “Çalışacağam ki, bu dəfə gümüş medalı qızıla çevirim”
BOK
14.07.2021, 16:39
Planetin ən mötəbər idman bayramında Azərbaycan komandası 44 idmançı ilə təmsil olunacaq. Həvəslə yarışa hazırlaşan idmançılarımız arasında güləşçilərimiz də var. Hazırda Göygöldə hazırlıqlarını davam etdirən güləş yığmamız bu Olimpiadada 7 idmançı ilə təmsil olunacaq. Güləşçilərimiz arasında bu dəfə də əsas medal ümidlərimizdən biri də Mariya Stadnikdir. Olimpiya oyunlarının bürünc və ikiqat gümüş mükafatçısı bu dəfə gümüşü qızıla çevirmək məqsədi ilə Yaponiyanın paytaxtına yollanacaq. “Olimpiya dünyası” qəzeti Oyunlardan əvvəl medal ümidlərimizdən olan xanım güləşçimizlə əlaqə saxlayıb, hazırlıq prosesi ilə maraqlanıb. - Mariya xanım, bildiyimizə görə hazırda Azərbaycan yığmasının düşərgəsindəsiniz. Olimpiya oyunlarına hazırlığınız necə gedir? - Bir neçə gün əvvəl Rusiya milli komandası ilə birgə Soçi şəhərində təşkil olunan təlim-məşq toplanışlarında iştirak etdik. Hazırda isə məşqlərimizi digər idmançılar kimi, Azərbaycanda davam etdiririk. Hazırlıqlar öz qaydasındadır. Çalışıram ki, məşqlərdə verilən bütün tapşırıqları lazımi səviyyədə yerinə yetirim. - Olimpiya oyunlarının üçqat mükafatçısısan. Bu dəfə gümüşü qızıla çevirmək üçün nə etmək lazımdır? - Gümüş medalı qızıla çevirmək üçün onu yalnız qazanmaq lazımdır (gülür). Onu qazanmaq üçün isə əlimdən gələni edəcəyəm. Yadınızdadırsa, Rio Olimpiadasında qızıl medalı son saniyələrdə əldən vermişdim. Həmin anı heç vaxt özümə bağışlaya bilməyəcəyəm. İstəmirəm ki, bu dəfə eyni halla üzləşim. Hazırlıq formam qaydasındadır. Özümü bu yarışlara tam hazır hiss edirəm. Çalışacağam ki, bu dəfə gümüş medalı qızıla çevirim. - Bunun üçün Oyunlarda əsasən nəyə üstünlük verəcəksən? - Mən artıq kifayət qədər təcrübəli və peşəkar bir idmançıyam. Buna görə də, düşünürəm ki, bu dəfə yalnız illərdir qazandığım təcrübəmə və peşəkarlığıma arxalanacağam. Çalışacağam ki, əvvəlki olimpiadalarda buraxdığım səhvləri təkrarlamayım. - Necə düşünürsən, hansı ölkənin təmsilçisi ilə görüş sənin üçün daha çətin görünür? - Əslində, mən bütün idmançıların gücünü yüksək qiymətləndirirəm. Heç bir idmançının zəif olduğunu düşünmürəm. Lakin Yaponiya təmsilçiləri mənim üçün yenə də ən güclü rəqib olaraq qalırlar. Olimpiadanın Tokioda keçiriləcəyini nəzərə alsaq, onlarla görüşlərdə daha ciddi olmalıyam. - Qəzetimizə verdiyin əvvəlki müsahibədə karantin və Olimpiya oyunlarının təxirə salınmasını mövcud olan problemlərini aradan qaldırmaq üçün bir fürsət olduğunu qeyd etmişdin. - Etiraf edim ki, koronavirusla bağlı yaranan karantin rejimi həyatımda bir çox dəyişikliklərə səbəb oldu. Hesab edirəm ki, həyatda baş verən bütün hadisələr Allahın əlindədir. İnanıram ki, yaşadığımız bu çətinliklər tezliklə aradan qalxacaq. O ki, qaldı problemlərə, bəli demək olar ki, həll etdim.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ölkə üzrə yeni rekord
Bugün, 10:24 Su idman növləri
-
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb
Bugün, 09:44 Velosiped
-
Misli Premyer Liqası: Növbəti turun oyun cədvəli müəyyənləşdi
11.05.2026, 23:42 Futbol
-
"Barselona" Fliklə razılığa gəldi
11.05.2026, 23:37 Futbol
-
FIFA Dünya Kuboku üçün xüsusi analiz qrupu yaratdı
11.05.2026, 23:25 Futbol
-
"Barselona"dan çempionluq paradı - FOTO
11.05.2026, 23:09 Fotoqalereya
-
Pəhləvanlarımız Avropa çempionatının finalında
11.05.2026, 22:54 Güləş
-
Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
11.05.2026, 22:15 Taekvondo
-
Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar
11.05.2026, 21:57 Güllə atıcılığı
-
“Herta”nın gənc istedadı Dortmund yolunda
11.05.2026, 21:36 Futbol
-
Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib
11.05.2026, 20:35 Olimpiya dünyası
-
Beynəlxalq peşəkar MMA turnirində uğurlu nəticə
11.05.2026, 20:00 Olimpiya dünyası
-
Yelkənçilərimiz Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
11.05.2026, 16:54 Su idman növləri
-
U-16 millimiz UEFA İnkişaf Turnirindəki sonuncu oyununda da məğlub oldu
11.05.2026, 15:58 Futbol
-
Azərbaycan atıcılarından Avropa çempionatında möhtəşəm uğur
11.05.2026, 15:48 Güllə atıcılığı
-
Şahmatçımız Buxarestdə ikinci oldu
11.05.2026, 15:34 Şahmat
-
Cüdo hakimlərimiz beynəlxalq turnirdə iştirak ediblər
11.05.2026, 15:26 Cüdo
-
Azərbaycan Kubokunda son 10 mövsümün rekordu
11.05.2026, 14:03 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
11.05.2026, 13:52 Velosiped
-
"Neftçi" və Türkiyə klubu arasında əməkdaşlıq imkanlarını müzakirə edilib
11.05.2026, 13:27 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib
11.05.2026, 13:21 Velosiped
-
Beynəlxalq arenada növbəti uğur
11.05.2026, 10:03 Cüdo
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
11.05.2026, 08:05 Velosiped
-
"Barselona" "Real"a qalib gələrək çempionluğunu rəsmiləşdirdi
11.05.2026, 01:16 Futbol
-
Avropa çempionatında iştirak edəcək parataekvondoçularımız müəyyənləşdi
10.05.2026, 22:45 Taekvondo
-
Qoru sınağında 9 medal
10.05.2026, 22:36 Cüdo
-
"Neftçi" üç xalı üç qolla qazandı
10.05.2026, 22:33 Futbol
-
Çimərlik güləşçilərimizdən bir dəst medal
10.05.2026, 21:18 Güləş
-
Paraüzgüçümüzdən gümüş medal
10.05.2026, 20:43 Su idman növləri
-
"Turan Tovuz" avrokuboklara vəsiqəni təmin etdi
10.05.2026, 19:17 Futbol
-
Cüdoçumuzdan bir həftə ərzində iki medal
10.05.2026, 19:00 Cüdo
-
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
10.05.2026, 15:45 Velosiped
-
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
10.05.2026, 14:55 Futbol
-
“El-Klasiko" öncəsi statistik mənzərə: "Barselona" və "Real Madrid" arasında tarixi rəqabət
10.05.2026, 13:19 Futbol