Ramosun forması boş qalmadı

Ramosun forması boş qalmadı

Madrid "Real"ı David Alabanın transferini açıqlayıb.
29 yaşlı müdafiəçi tibbi müayinədən keçib. Avstriya millisinin üzvü yeni komandasında 4 nömrəli formanı geyinəcək. Bu formanı komandanın sabiq kapitanı, PSJ-yə keçən Serxio Ramos geyinirdi. Alabala ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Alaba "Real"a azad agent kimi keçib. Onun son klubu 2010-cu ildən çıxış etdiyi "Bavariya" olub.