"Komandamız hazırda Tokioda Olimpiya kəndindədir. Boksçularımızın məşqçi bu gün açıq havada gerçəkləşib". Bu fikirləri boks üzrə Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev idmançıların Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlığı barədə danışarkən deyib.Mütəxəssis bütün təlim-məşq toplanışlarını geridə qoyduqlarını sözlərinə əlavə edib: "Qarşıda bizi olimpiada gözləyir. Yarışa çox az qalıb. Komandamız bu gün də məşqini davam etdirir, çəkilər yoxlanılır. Axşam saatlarında püşkatmadan sonra idmançılarımızın ilk rəqibləri bəlli olacaq".
“Boksçularımızın məşqçi bu gün açıq havada gerçəkləşib”