Azərbaycan idmançıları Tokio-2020-də mübarizəyə başlayırlar
Olimpizm xəbərləri
24.07.2021, 08:00
Xəbər verdiyimiz kimi, Tokioda XXXII Yay Olimpiya Oyunları keçirilir. Yarışın ikinci günündə ilk mükafatçılar bəlli olacaq.
17 gün davam edəcək ən böyük multiidman yarışında 204 ölkədən 11 mindən artıq atletin iştirakı gözlənilir. Onlar 33 idman növü üzrə 339 dəst medal uğrunda mübarizə aparacaqlar. Ötən il keçirilməli olan, lakin koronavirus pandemiyası üzündən təxirə salınan Olimpiada yubanma ilə təşkil edilən ilk yarış kimi tarixə düşəcək. İndiyədək ləğv olunan yarışlar olsa da, təxirəsalmaya təsadüf edilməyib.
İkinci dəfə bu mötəbər yarışın ev sahibi olacaq Yaponiyanın paytaxtı 4 idman növü üçün ilklə əlamətdar olacaq. Karate, idman qayayadırmanması, skeytbordinq və serfinq ilk dəfə Olimpiada proqramında yer alacaq.
İştirakçı 204 ölkə arasında Azərbaycan da yer alıb. Ölkəmiz 7-ci dəfə Yay Olimpiadasına müstəqil ölkə kimi qatılır. Aktivində 6 Qış Olimpiadası da olan idmançılarımızın debütü Atlanta-1996-da gerçəkləşib.
Yalnız Atlanta-1996-da qızıl medal qazanmayan idmançılarımız sonrakı 5 Olimpiadada ümumilikdə 7 çempionluq yaşayıb. Yığmamız Tokioda 13 idman növü üzrə 44 idmançı ilə təmsil olunur.
İkinci yarış günündə komandamızın 10 idmançısı ilk mübarizəsinə başlayacaq.
Onlardan dördünün qatılacağı yarışda medalçılar bəlli olacaq. Cüdoçu Kəramət Hüseynov ölkəmizə ilk mükafatı qazandırmağa namizəddirsə, digər cüdoçu Aişə Qurbanlı, güllə atıcısı Ruslan Lunyov və velosipedçi Elçin Əsədovun uğuru sensasiya sayılacaq.
Digər 6 idmançıya gəlincə, üç boksçu ilk döyüşünə çıxacaq, iki üzgüçü təsnifat mərhələsində qüvvəsini sınayacaq, idman gimnastı isə yarışın ilk yarısını arxada qoyacaq.
05:00. İdman gimnastikası, Kişilər, 1-ci hərəkət - İvan Tixonov 09:30. İdman gimnastikası, Kişilər, 2-ci hərəkət - İvan Tixonov 14:30. İdman gimnastikası, Kişilər, 3-cü hərəkət - İvan Tixonov
13:36. Boks, kişilər. 1/16 final. 57 kq. Tayfur Əliyev – Nquyen Van Duonq (Vyetnam) 14:54. Boks, kişilər. 1/16 final. 69 kq. Lorenzo Sotomayor – Əsgərxan Madiyev (Gürcüstan) 15:27. Boks, kişilər. 1/16 final. +91 kq. Məhəmməd Abdullayev – Denis Latıpov (Bəhreyn)
06:00. Velosiped idmanı, kişilər. Şosse. Elçin Əsədov
06:00. Cüdo, kişilər. 60 kq. 1/16 final. Kəramət Hüseynov – Eşli Makkenzi (Böyük Britaniya) 06:00. Cüdo, qadınlar. 48 kq. 1/16 final. Aişə Qurbanlı – Katarina Kosta (Portuqaliya)
14:07. Üzgüçülük, kişilər. 400 m kompleks üsulla. Təsnifat mərhələsi, 2-ci qrup. Maksim Şemberev 14:25. Üzgüçülük, qadınlar. 100 m batterflyay. Təsnifat mərhələsi, 1-ci qrup. Məryəm Şeyxəlizadəxangah
08:00. Güllə atıcılığı. Kişilər, 10 m məsafədən atəş açma. Ruslan Lunyov
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK