İrina Kindzerska Azərbaycana Tokio-2020-nin ilk medalını qazandırdı - FOTO

İrina Kindzerska Azərbaycana Tokio-2020-nin ilk medalını qazandırdı - FOTO

Tokio-2020-də cüdo yarışlarına yekun vurulub. Yarışların son günündə iki cüdoçumuz tatami üzərinə çıxıb. Təmsilçilərimizdən İrina Kindzerska mükafatçılar sırasına düşə bilib. +78 kq çəki dərəcəsində mübarizə aparan xanım cüdoçumuz 1/8 finalda Larisa Tseriçlə (Bosniya və Herseqovina) üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn İrina növbəti mərhələyə vəsiqə qazanıb. Yarımfinala vəsiqə uğrunda görüşdə cüdoçumuzun rəqibi Cənubi Koreya təmsilçisi Min-Cin Han olub. Rəqibini ipponla üstələyən cüdoçumuz yarımfinala vəsiqə qazanıb. İ.Kindzerska finalın bir addımlığında yaponiyalı Akira Sone ilə qarşılaşıb. Təəssüf ki, idmançımız finala çıxış görüşündə güclü rəqibi ilə mübarizədən məğlub ayrılıb. Lakin cüdoçumuz medal şansını saxlayıb. Belə ki, 30 yaşlı idmançımız bürünc medal uğrunda görüşdə çinli Şiyan Xu ilə üz-üzə gəlib. Həlledici görüşdə rəqibini ipponla məğlub edən İrina Kindzerska Tokio-2020-nin bürünc medalına sahib çıxıb. Bu həm də Azərbaycan yığmasının Tokio Olimpiadasında qazandığı ilk medal olub.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Tokio-2020-də 9 (7 kişi, 2 qadın) idmançı ilə təmsil olunurdu. Cüdoçularımızdan yalnız İrina Kindzerska mükafatçılar sırasında yer alıb. Buna qədər idmançılarımız arasında ən yaxşı nəticə Rüstəm Orucova məxsus idi. 73 kq çəki dərəcəsində yarışan kişi bayraqdarımız Tokio-2020-də 5-ci yeri tutmuşdu.

 

İrina Kindzerska Azərbaycana Tokio-2020-nin ilk medalını qazandırdı - FOTO İrina Kindzerska Azərbaycana Tokio-2020-nin ilk medalını qazandırdı - FOTO İrina Kindzerska Azərbaycana Tokio-2020-nin ilk medalını qazandırdı - FOTO İrina Kindzerska Azərbaycana Tokio-2020-nin ilk medalını qazandırdı - FOTO İrina Kindzerska Azərbaycana Tokio-2020-nin ilk medalını qazandırdı - FOTO İrina Kindzerska Azərbaycana Tokio-2020-nin ilk medalını qazandırdı - FOTO İrina Kindzerska Azərbaycana Tokio-2020-nin ilk medalını qazandırdı - FOTO İrina Kindzerska Azərbaycana Tokio-2020-nin ilk medalını qazandırdı - FOTO İrina Kindzerska Azərbaycana Tokio-2020-nin ilk medalını qazandırdı - FOTO