ABŞ üzgüçüsü Keti Ledeki Tokio-2020-də yeni uğura imza atıb. 24 yaşlı idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarında 800 m məsafəyə sərbəst üsulla üzməkdə çempion olub.
O, 7-ci dəfə Olimpiadada qızıl medala sahib çıxıb. Bunların altısı fərdi, biri estafetdə əldə olunub.
Ledeki yarışın tarixində 7 və daha çox qızıl medal qazanan ikinci qadın üzgüçü olub. Rekord isə Cenni Tompsona məxsusdur. ABŞ üzgüçüsü 8 dəfə çempionluğa sevinib. Amma onun bütün uğurları estafetdə qeydə alınıb.
ABŞ idmançısından 7-ci qızıl medal