Tokio-2020 XXXII Yay Olimpiya Oyunları davam edir. Bu gün Azərbaycanın daha iki idmançısı Olimpiadada ilk görüşünə çıxacaq. İdmançılarımızdan biri sərbəst güləş, digəri isə karate yarışlarında mübarizə aparacaq. Sərbəst güləş yarışlarında Turan Bayramov (74 kq) qüvvəsini sınayacaq. 1/8 finaldan mübarizəyə başlayacaq idmançımız Ukrayna təmsilçisi Vasil Mixaylovla qarşılaşacaq. Pəhləvanımız qələbə qazanacağı təqdirdə 1/4 finalda Frank Çamizo (İtaliya) - Avtandil Kentçadze (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
Karate yarışlarında isə Firdovsi Fərzəliyev (67 kq) olimpiadada mübarizəyə başlayacaq. A qrupunda çıxış edəcək təmsilçimiz Eray Şamdan (Türkiyə), Darxan Assadılov (Qazaxıstan), Əli Elsavi (Misir) və Naoto Saqo (Yaponiya) ilə qarşılaşacaq. Bu görüşlərdən sonra qrupda ilk iki yeri tutan idmançı yarımfinala vəsiqə qazanacaq. Yarımfinala yüksələn idmançı isə ən azı bürünc medalı özü üçün təmin edəcək.
Bu gün daha iki idmançımız Tokio-2020-də medal uğrunda yarışacaq