Yaponiyanın paytaxtı Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunları davam edir. Paralimpiadanın səkkizinci günündə - sentyabrın 1-də Azərbaycanın 3 idmançısı mübarizə aparacaq. Yarış günündə idmançılarımızdan 1-i atletika və digər 2-si isə üzgüçülük yarışlarında güclərini sınayacaqlar. Atletimiz Elmir Cəbrayılov 400 metr məsafəyə qaçış yarışlarında iştirak edəcək.
Təmsilçilərimiz Dana Şandıbina və Vəli İsrafilov 100 metr məsafəyə brass üsulla üzgüçülük yarışlarında mübarizə aparacaqlar.
Qeyd edək ki, Tokio Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.