Tokio-2020 Yay Olimpiya Oyunlarında Ukraynaya gümüş medal qazandıran azərbaycanlı güləşçi Pərviz Nəsibova mənzil hədiyyə edilib. Zaporojye Vilayət Dövlət Administrasiyası tərəfindən hədiyyə edilən mənzilin açarları Pərviz Nəsibova təqdim edilib. Tədbirdə çıxış edən soydaşımız göstərdikləri diqqətə görə administrasiya rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Pərviz Nəsibov Ağstafa rayonunda anadan olub, 6 yaşına kimi orada yaşayıb. Sonra ailəsi ilə birgə Ukraynaya köçüb.