“Təhsil” RİM-in yetirmələri Belqradda uğurla çıxış ediblər

“Təhsil” RİM-in yetirmələri Belqradda uğurla çıxış ediblər

Serbiyanın paytaxtı Belqradda keçirilən Dünya Məktəblilərinin İdman Oyunlarında cüdo və karate idman növləri üzrə yarışlar başa çatıb. Həmin oyunlarda Azərbaycan yığma komandasının tərkibində ölkəmizi təmsil edən “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) 10 nömrəli uşaq-gənclər idman məktəbinin cüdoçuları Həsən Qurbanlı (34 kq), Əhməd Rüstəmov (46 kq) və Hüseyn Eyvazlı (66 kq) üçüncü yeri tutublar.

Karate üzrə yarışlarda isə “Təhsil” RİM-in 6 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-gənclər İdman Məktəbinin yetirmələrindən Ramilə Heydərova, Orxan Musayev gümüş, 9 nömrəli uşaq-gənclər idman məktəbinin idmançılarından isə Pərvin Hüseynzadə gümüş, Sunay Kazımlı və Cavidan Cəlilzadə bürünc medala sahib olublar.