Rafiq Hüseynov: “Bu medal üçün illərdir çalışırdım”
Olimpizm xəbərləri
21.09.2021, 15:24
O, 2016-cı ildə baş verən bəzi hadisələrə görə idman karyerasını bitirmək istəyirdi. Bəzən küskünlüklər, bəzən isə zədələr onun karyerasına psixoloji təsir etsə də, lakin o, bu mübarizədən çəkinmədi. Son ana qədər mübarizəsini davam etdirən idmançımız bunun bəhrəsini Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarında gördü. Söhbət Tokio-2020-nin güləş yarışlarında komandamıza bürünc medal qazandıran Rafiq Hüseynovdan gedir. Bu günlərdə yunan-Roma güləşçimizlə əlaqə saxladıq. Müsahibimiz ona ünvanlanan sualları səmimi cavablandırdı.
- Rafiq, istərdik söhbətimizə idmana gəlişinizdən və ilk addımlardan başlayaq.
- İdmana gəlişim atamın məni ümumi fiziki hazırlıq üzrə məşqlərə yazdırması ilə başlayıb. Həmin vaxt kiçik yaş qrupunda yer aldığım üçün yalnız fiziki hazırlıqla məşğul olur, müxtəlif oyunlar oynayırdım. Lakin zamanla artıq sırf güləş idman növü ilə məşğul olmağa başladım. Elə ilk günlərdən bu idman növü mənə çox maraqlı və doğma gəldi.
- Komandamıza Tokio-2020-nin güləş yarışlarında ilk medalı Siz qazandırdınız. İstərdik bir qədər sizinlə birgə həmin anlara yenidən qayıdaq. Həmin görüşləri necə xatırlayırsınız?
- Düzdür, güləş yarışlarında ilk medalı millimizin aktivinə mən yazdırdım. Amma etiraf edim ki, həmin anlar mənim üçün çox ağır və kədərli idi. Olimpiya Oyunlarına qızıl medal üçün yollansam da, təəssüf ki, ikinci görüşdə Qırğızıstan təmsilçisinə məğlub oldum. Artıq hər şeyin bitdiyini düşünürdüm. Buna baxmayaraq, Qırğızıstan güləşçisi qalib gəldi və mənim üçün təsəlliverici görüşlərdə iştirak etmək imkanı yarandı. Ermənistan təmsilçisinə qalib gəldikdən sonra isə sevincimin həddi-hüdudu yox idi. Çünki bu medal üçün illərdir çalışırdım.
- Sizə qədər artıq Azərbaycan komandasının bir neçə üzvü Olimpiadanı medalsız başa vurmuşdu. Bu çıxışınıza hər hansısa bir təsir göstərmədi ki?
- Xeyr. Düşünürəm ki, hər kəs yarışlara fərqli hazırlaşır. Buna görə də, hər bir idmançının fərdi problemləri ola bilər. Lakin Tokio ilə Bakı arasında 6 saatlıq fərq olduğu üçün bizi birləşdirən yeganə amil yuxu problemi idi.
- İstərdik ki, bir qədər də həlledici görüşdə qarşılaşdığınız erməni idmançısı ilə keçən görüş barədə danışasınız. Əvvəlcədən özünüzü bu görüşə necə hazırlamışdınız?
- Əvvəlcə qeyd edim ki, mənim üçün həlledici görüşün kiminlə olması heç vaxt önəm daşımayıb. Çünki mənim yarışlarda iştirak etməyimin əsas məqsədi medal qazanmaq olub. Düzdür, düşmən ölkənin idmançısı ilə qarşılaşmaq mənə ikiqat çətin və məsuliyyətli olur. Belə ki, nəticədə xalqa kimə məğlub olub və ya qalib gəldiyini açıqlamaq məcburiyyətində olursan. Bu baxımdan məğlub olacağım təqdirdə xalqıma nə cavab verəcəyimi düşünürdüm. Düzdür, mən rəqiblərin dininə, mənsubiyyətinə və millətinə ayırmağın heç vaxt tərəfdarı olmamışam. Çünki idmanda həm qələbə, həm də məğlubiyyət var. Bu gün qalib gəlirəmsə, sabah məğlub da ola bilərəm. Yəni sabah eyni münasibət insanın özünə qarşı olarsa, bu, gələcəkdə həqiqətən də, ciddi psixoloji problemlərlə nəticələnə bilər. Lakin şükür Allaha ki, qələbə qazandım və xalqımızın qarşısına qalib idmançı kimi çıxdım. Çox sevinirəm ki, xalqımıza ikiqat qələbə sevincini bəxş etdim. Bu da mənim üçün əlavə stimuldur. Lakin mənim hədəfim başqa idi. Düşünürəm ki, hədəfimə çatmağa nail oldum.
- Görüş başa çatandan sonra məğlub etdiyiniz erməni idmançısı ilə üz-üzə gəldinizmi?
- Onu bildirim ki, erməni idmançılarının məğlub olduqdan sonra heç vaxt bizimlə üz-üzə gəlməyə cəsarəti olmur. Lakin düşünürəm ki, məğlub olan hər bir idmançı kimi onlar da məyus olur.
- Təbii ki, qeyd etdiyiniz kimi, bu idmandır, qələbə də olur, məğlubiyyət də. Heç məğlub olmaq riskini göz önünə alıb, bu barədə düşünmüşdünüz?
- Əlbəttə ki, heç bir idmançı məğlub olmaq istəmir. Lakin hər bir halda bütün idmançılar məğlub olmaq riskini gözə alıb yarışa yollanırlar. Yarışdan sonra məğlub olacağım təqdirdə məni nələrin gözləyəcəyini dəfələrlə təsəvvür etməyə çalışırdım. Yəni illərdir məşq edib yarışdan əliboş qayıdıb təəssüf və psixoloji cəhətdən gərgin bir vəziyyətdə olacağımı düşünürdüm. Lakin, yarışlardan əvvəl məğlubiyyət barədə deyil, qələbə barədə düşünməyin daha düzgün olduğunu hesab edirəm.
- Qalib gəldikdən sonra ilk sevinc təəssüratlarınızı kiminlə bölüşdünüz?
- Sevinc hisslərimi ilk olaraq məşqçilər heyəti ilə bölüşdüm. Daha sonra məni mətbuat işçiləri qarşıladı və öz təbriklərini bildirdilər. Növbəti təbrik edənlər isə soyunub-geyinmə otağında məni gözləyən komanda yoldaşlarım oldu. Sonra isə dərhal valideynlərimə, yaxınlarıma zəng edib, sevinc hisslərimi onlarla bölüşdüm. Təbii ki, bundan sonra məni təbrik etmək üçün tanışlarım və hətta tanımadığım insanlar əlaqə saxlayırdılar.
- Siz həm də Mərkəzi Ordu İdman Klubunun zabitisiniz. İki işi bir arada görmək, yəni həm idmançı kimi, həm də zabit kimi çalışmağın hansı çətinlikləri var?
- 2015-ci ildə hərbçilərin Olimpiya Oyunlarından sonra cənab nazir mənə rütbə verdi. Hazırda da Mərkəzi Ordu Klubunun zabitiyəm. Əlbəttə, iki işi eyni zamanda aparmaq bir qədər çətindir. Hazırda zabit kimi çalışmağıma baxmayaraq, bəzən təlim-məşq toplanışları olan zaman cənab nazirin Sərəncamı ilə işdən azad olunub, rahat şəkildə məşqlərə qatılıram. Buna görə də, ilk növbədə cənab nazirə və qərargah rəisinə təşəkkürümü bildirirəm ki, mənə daim dəstək olurlar. Bu baxımdan hələ ki, hər iki vəzifəmi icra etməkdə çətinlik çəkmirəm.
- Atanız Radik Hüseynovun uğurlu karyeranızda əvəzssiz rolunun olması bizə məlumdur. İstərdik ki, bir qədər də atanızın peşəkar karyeranızdakı fədakarlıqlarından danışasınız.
- Təbii ki, bu nəticəni əldə etməyimin əsas səbəbkarı atamdır. Belə ki, o, həm məşqçi karyerasının, həm də həyatının böyük hissəsini mənə həsr edib. Bu baxımdan da, ilk olaraq üzərimdə atamın əvəzsiz rolu var. Daha sonra isə anam, həyat yoldaşım və övladlarımın duaları mənə uğur qazanmağa kömək olub. Vurğulayım ki, ən ağır və ən xoş günlərimdə ailəm daim yanımda olaraq mənə dəstək olub. Atam isə mənə həm ata, həm də məşqçi kimi hədsiz kömək olub. Qeyd edim ki, atam həmçinin məşhur idmançılar Kamran Məmmədov, Hacıxan Mustafayev və digərlərinə xüsusi qayğı və peşəkarlıqla yanaşaraq, onlara məşqçilik edib.
- Əvvəlki müsahibələrinizdə hər zaman qeyd etmisiniz ki, atanız Sizdən narazı qalıb. Bu dəfə necə, Olimpiya medalını qazanmaqla atanızı razı sala bildinizmi?
- Əlbəttə ki, hər bir idmançı Olimpiya Oyunlarının qızıl medalını qazanmaq istəyir. Lakin fərz etsək ki, növbəti olimpiadalarda mənə medal qazanmaq qismət olmayacaq, bu zaman deyə bilərəm ki, həqiqətən də, bu arzu həyata keçib. Amma təəssüf ki, atam bu Oyunlarda məndən daha çox narazılığını bildirib. Buna səbəb isə istədiyim səviyyədə güləş nümayiş etdirmədiyimdir. Təbii ki, buna yuxusuzluq, gərginlik, ilk dəfə Olimpiya Oyunlarında iştirak etmək həyəcanı da mane olurdu. Atam olimpiadadakı çıxışımdan məndən qat-qat narazıdır. Sadəcə, hazırda qazanılan bürünc medalın təəssüratı altında olduğumuz üçün hələ ki, qüsurlarımla bağlı iradlarını bildirmir.
- Qızıl medal hər zaman tarixdə qalır. Sizin də bu baxımdan təəssüf hissinizi başa düşmək olar. Təbrikləri qəbul edərkən hansı hissləri keçirirsiniz?
- Təbii ki, Oyunlardan sonra aldığım təbriklərin sayı-hesabı yox idi. Tanışlardan əlavə xeyli sayda azarkeşlər məni sosial şəbəkə vasitəsi ilə təbrik edirdilər. Hətta bir çoxlarına vaxt tapıb təşəkkür belə edə bilmirdim. Yəni bu fiziki cəhətdən alınmırdı. Bəzən insanlar təbrik edəndə “canın sağ olsun, bürünc medal da böyük uğurdur” deyirlər. Amma idmandan uzaq olan insanların “canın sağ olsun, təbrik edirəm” sözü hər zaman sevmədiyim ifadə olub. Belə insanlar yarışda yalnız qızıl medal olmalıdır, - deyə düşünürlər. Düzünü deyim ki, onları da bir qədər anlayıram. Lakin idman sahəsinə yaxın olan insanların belə fikirlər səsləndirməsi həqiqətən də, insana çox pis təsir edir. Bununla belə, onların da fikirlərinə hörmətlə yanaşır və təbriklərini qəbul edirəm.
- Bildiyimizə görə, 2016-cı ildə idmandan uzaqlaşmaq istəmisiniz. Buna səbəb nə idi?
- Həmin vaxtı milli komandada İrandan olan məqşçilər çalışırdılar. Onların qeyri-peşəkar olması səbəbi ilə mən və bir neçə güləşçi idmandan uzaqlaşmaq istəyirdik. Lakin hər zaman olduğu kimi, ən çətin anlarımda yenə də ailəm mənə böyük dəstək oldu. Aldığım bu dəstəkdən ruhlanaraq, yenidən özümdə güc tapıb yoluma davam etdim. Tezliklə isə iranlı məşqçilər millimizdən uzaqlaşdırıldı. Bundan sonra yenidən bütün gücüm ilə məşqlərə başladım. 2017-ci ildə isə zədələndiyim dövrdə daim yanımda olan valideynlərim, qardaşlarım, ailəm və dostlarım mənə hədsiz dəstək oldular və ruhlandırdılar. Təbii ki, belə güclü dəstəyi hiss edəndə insan etdiyinin beş qatını həyata keçirmək istəyir. Bu kimi hallar karyeram ərzində baş versə də, hər zaman çalışmışam ki, bundan bir nəticə çıxarım və yeni stimulla məşqlərimə geri dönüm.
- Qarşıdakı planlarınız nədən ibarətdir?
- Bildiyiniz kimi, gələn ay Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı keçiriləcək. Hazırda əsas məqsədimiz bu çempionata hazırlaşmaqdır. Təbii ki, 2024-cü ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarında da iştirak etməyi də çox istəyərəm. Lakin məlumdur ki, bu yalnız istəklə olmur. Buna görə də, çalışacağam ki, Olimpiya Oyunlarına kimi nailiyyətlərimi artırım və oyunlara tam hazır olum. Dünya arenasında çox ciddi rəqabətin olması məşqlərə daha da məsuliyyətli yanaşmağı tələb edir. Hazırda da məşqlərim tam sürətlə davam edir və dünya çempionatında yüksək nəticə əldə edəcəyimə inanıram.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib
24.10.2026, 22:45 Gündəm
-
İki güləşçimiz dünya çempionatının finalında
24.10.2026, 20:25 Güləş
-
Bakıda FIFA U-15 dünya çempionatına start verilir
24.10.2026, 10:38 Gündəm
-
Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
23.10.2026, 18:36 Gündəm
-
Nenad Laloviç yenidən Dünya Güləş Birliyinin prezidenti seçilib
23.10.2026, 15:53 Güləş
-
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
23.10.2026, 15:42 MOK
-
Əfsanəvi fubol mütəxəssisi Arsen Venger Hövsan Yarış Kompleksində olub
23.10.2026, 14:35 Futbol
-
Basketbol Liqasında IV tura start verilir
23.10.2026, 11:17 Basketbol
-
Millimiz bu gün Polşa komandası ilə qarşılaşacaq
23.10.2026, 10:19 Voleybol
-
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı
22.10.2026, 20:00 Cüdo
-
Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
22.10.2026, 18:30 Olimpiya dünyası
-
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
22.10.2026, 14:51 Güləş
-
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
22.10.2026, 14:31 Tennis
-
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
22.10.2026, 13:50 MOK
-
10 boksçumuz Avropa çempionatının yarımfinalında
22.10.2026, 10:48 Boks
-
Ədalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək
22.10.2026, 10:31 Voleybol
-
FIFA Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı paylaşım edib
22.10.2026, 10:18 Futbol
-
Avropa Kuboku: "LANDAU Lions" Danimarka klubuna məğlub oldu
21.10.2026, 23:12 Basketbol
-
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
21.10.2026, 19:25 Olimpiya dünyası
-
Azərbaycanın üç boksçusu dünya çempionatında qələbə qazanıb
21.10.2026, 11:29 Boks
-
7 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
21.10.2026, 11:23 Boks
-
"Neftçi" bu gün Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq
21.10.2026, 11:05 Basketbol
-
"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
21.10.2026, 10:32 Basketbol
-
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
21.10.2026, 10:08 Futbol
-
"Neftçi" Avropa Kubokunun növbəti oyununda da məğlub oldu
21.10.2026, 09:37 Basketbol
-
“Qərbi Azərbaycanın idman tarixi” kitabının təqdimatı keçiriləcək
20.10.2026, 20:07 Olimpiya dünyası
-
Milli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80
20.10.2026, 15:46 Olimpiya dünyası
-
Azərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar
19.10.2026, 17:11 Su idman növləri
-
Azərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
19.10.2026, 15:54 Olimpiya dünyası
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb
19.10.2026, 15:47 Ağırlıqqaldırma
-
“Turan Tovuz”dan Premyer Liqada 50-ci məğlubiyyət
19.10.2026, 12:50 Futbol
-
“Judo Club 2012” ilk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək
19.10.2026, 12:41 Cüdo
-
Misli Premyer Liqasında tamaşaçı rekordu
19.10.2026, 11:18 Futbol
-
Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib
19.10.2026, 11:09 Güləş