OLİMPİYA OYUNLARININ GÖZLƏNİLMƏZ ÇEMPİONU
Olimpizm xəbərləri
23.09.2021, 13:18
Yaponiyanın Tokio şəhərində təşkil olunan XXXII Yay Olimpiya Oyunları Huseyn Boltun karyerasını başa vurduqdan sonra keçirilən ilk Olimpiadadır. Yamaykadan olan dahi atlet uzun illər 100 və 200 metr məsafələrdə Olimpiya çempionu adını qazanıb. Məhz bu səbəbdən budəfəki Oyunların əsas gözlənilən məqamlarından biri Boltun hələ də "boş taxtının” kimin tutacağı idi. Nəticə isə həqiqətən də gözlənilməz oldu. Belə ki, az insanın ağlına gələrdi ki, növbəti üç il planetin ən sürətli insanı Amerika əsilli italiyalı sprinter Lemont Ceykobs olacaq. Lakin Olimpiya Oyunlarında yüz metr məsafəyə yarışlarda qalib gələn sprinterin ətrafında xeyli mübahisələr gəzir. Onun qısa məsafədə qazandığı qələbə nadir və əhəmiyyətli hadisədir. Amma müxtəlif səbəblərdən atletin uğuru ətrafında xeyli mübahisələr yaranıb. Bəs əslində, Lemont Ceykobs kimdir?
26 yaşlı Lemont Ceykobs Texasın El-Paso şəhərində amerikalı əsgər və italiyalı qadının ailəsində dünyaya gəlib. İdmançının valideynləri hərbi təlimlər zamanı tanış olublar. Belə ki, bir gün Lemontun atası NATO ordusunun birgə təlimləri üçün İtaliyaya gəlir. Həmin vaxt yeməkxanada işləyən atletin anası okeanın o tayından təlimlərə qoşulan əsgərlərə yemək hazırlayırdı. Elə məhz buradan da onların həyat hekayələri başlayır. Maraqlıdır ki, atletin atası gələcək həyat yoldaşına İtaliyada təşkil olunan toplanış zamanı evlilik təklif edir. Lemontun anası bu təklifi qəbul edir və onlar elə orada da özlərinə toy edirlər. Lakin bundan sonra yeni ailə qurmuş cütlüyün qarşısında harada yaşayacaqları barədə sual yaranır. Amerikanı çox sevən Lemontun atası həyat yoldaşından orada yaşamaqlarını istəyir. Lakin yeni qurulmuş ailənin körpəsinin dünyaya gəlməsindən bir neçə gün sonra atanı yenidən toplanış üçün Cənubi Koreyaya göndərirlər. Yeni doğulmuş övladı ilə tək qalan ana, həyat yoldaşının arxası ilə getmək yerinə, İtaliyaya qayıtmaq qərarını verir.
Beləliklə, məhz hüquq toqquşması səbəbindən L.Ceykobs ikili vətəndaşlıq əldə edir. Amma bu amil uzun müddət Lemontun beynəlxalq karyerasına mane olur. Buna səbəb isə Beynəlxalq Yüngül Atletika Federasiyasının ikili vətəndaşlığı olan idmançılara birmənalı münasibət bəsləməməsi idi.
2015-ci ildə L.Ceykobs artıq İtaliyanı təmsil edəcəyinə qəti qərar verərək, Amerika vətəndaşlığından imtina edir. Onun karyerasında vətəndaşlıqla bağlı hüquqi çətinliklər həqiqətən də olub. Buna baxmayaraq, o, hər zaman italiyalı olaraq qalıb və idmançı yerli məsələlərin həlli üçün heç vaxt yerli federasiya tərəfindən təklif almayıb.
Lemont Ceykobs özünü hər yerdə italiyalı kimi təqdim edirdi. Onu Amerikaya bağlayan doğulduqdan sonra bir neçə ay Texasda yaşaması və atasının genləri idi. Bir sözlə, ABŞ onun üçün münasibətləri alınmayan atasının ölkəsidir. İdmançının böyüməsinə və zamanın keçməsinə baxmayaraq, onlar 20 ilə yaxın ünsiyyət qurmadılar. Belə ki, Lemont atasının anasını körpə ilə tərk etdiyinə əmin idi və bunu ona bağışlaya bilmirdi. Məhz buna görə o, kiçik yaşlarından psixoloji problemlərlə mübarizə aparırdı.
Dərin psixoloji zədələr xeyli müddət Lemonta özünü yaxşı tərəfdən göstərməyə mane olurdu. İdmanda psixoloji sağlam olmağın vacib şərtlərdən biri olması hər kəsə məlumdur. Bu səbəbdən də L.Ceykobsun məşqçisi ona atası ilə münasibətini düzəltməyi təkid edirdi. Fabio Kamossi ona qorxu və tərəddüdlərini dəf etmək üçün əla bir psixoloq məsləhət gördü. Düzdür, ailənin əvvəlki kimi bir yerdə olması mümkün olmasa da, atlet atası ilə sosial şəbəkə vasitəsi ilə ünsiyyətini təmin edirdi. Lakin ingilis dilini mükəmməl şəkildə bilməyən idmançıya atası ilə telefon vasitəsilə əlaqə qurmaq mümkün olmurdu. Hətta o, atası ilə yazışmalarında tərcüməçi proqramdan istifadə edirdi.
Lemontun həyat hekayəsində ən təəccüblüsü atletin doğulduğu yer və valideynlərinin vətəndaşlığı deyil, onun idman yoludur. Adətən elit sprinter demək olar ki, uşaq yaşlarından özünu biruzə verir. Amma maraqlıdır ki, Ceykobsun uğur qazanacağına məşqçilər son ana qədər inanmırdılar. İdmançı qaçmağı çox sevdiyi üçün onu uzununa tullanma sektoruna göndərdilər. Əslində, bu, onda heç də pis alınmırdı. Lemont hətta milli rekordla (8,48) İtaliya çempionu belə olub. Amma təəssüf ki, bu rekord güclü külək səbəbi ilə qəbul edilməyib. Hər şey Lemont Fabio Kamossinin həyatında mövcudluğu ilə dəyişdi. Həqiqətən də, onun italiyalının Olimpiya zəfərindəki rolu qiymətsizdir. Böyük sürətə sahib olan idmançının əsl tapıntı olduğunu və onu tullanmada saxlamağın əsassız olduğunu ilk olaraq Fabio anlamışdı. İnanmaq çətin olsa da, Lemont yüzmetrilik məsafəyə ciddə şəkildə qaçmağa yalnız 2018-ci ildə başlayıb. O, bir neçə ildə həqiqətən də inanılmaz yüksəliş yaşayıb. Maraqlıdır ki, 2019-cu ildə Dohada keçirilən dünya çempionatında Lemont yalnız 10,20 nəticə göstərir və finala yüksələ bilmir. COVİD-19 pandemiyasından bir neçə ay əvvəl isə idmançı 10,10 və 10,03 nəticə göstərir. Yüzmetrlik qaçışa köklənmək üçün Lemont bir qədər taktikasını dəyişməli oldu. Onun bu addımı gözlənilən nəticəni verdi. 2021-ci il mayın 13-də o, yüzmetrlik məsafəni 10 saniyəyə qət edən, 150-ci atlet oldu. Lemont eyni zamanda İtaliya rekorduna da imza atdı. Atletin ən böyük uğuru isə Tokio-2020 Yay Olimpiya Oyunlarına təsadüf etdi. O, olimpiadada hər kəsi təəccübləndirərək, 100 metrlik məsafədə 9,80 saniyə nəticə ilə çempion adını qazandı. İdman aləminin heç kəsin Huseyn Boltun yerini tuta bilməyəcəyini düşündüyü anda Lemont Ceykobs bunun tam əksini sübut etdi. Bununla da, atlet keçmişdə yaşadığı psixoloji zədələrə son qoyaraq, uğurlu gələcəyə ilk addımını atdı.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş
-
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
18.09.2026, 15:05 Cüdo
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
18.09.2026, 14:30 Olimpiya dünyası
-
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
18.09.2026, 13:45 Futbol
-
Ümumdünya Şahmat Olimpiadası davam edir
18.09.2026, 12:33 Şahmat
-
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
18.09.2026, 10:53 Formula 1
-
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
18.09.2026, 10:05 Boks
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol
-
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
16.09.2026, 16:27 Şahmat
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
16.09.2026, 16:22 Tennis
-
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
16.09.2026, 14:07 Gimnastika
-
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
16.09.2026, 13:20 Formula 1
-
Şahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
16.09.2026, 11:52 Şahmat
-
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
16.09.2026, 11:36 Tennis
-
Sahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
16.09.2026, 10:04 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
15.09.2026, 20:06 Olimpiya dünyası
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
15.09.2026, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
15.09.2026, 11:28 Futbol
-
"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
15.09.2026, 10:55 Futbol
-
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
15.09.2026, 00:09 Cüdo
-
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
14.09.2026, 23:25 Boks
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
14.09.2026, 22:12 Su idman növləri
-
Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
14.09.2026, 16:10 Boks
-
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
14.09.2026, 15:23 Basketbol
-
Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
14.09.2026, 14:01 Olimpiya dünyası
-
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.2026, 13:09 Su idman növləri
-
“Elite polo club” çempion oldu
14.09.2026, 12:58 Olimpiya dünyası
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
14.09.2026, 12:51 Su idman növləri
-
Azərbaycan komandası FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
14.09.2026, 11:10 Basketbol
-
Milli komandalarımız Çində beynəlxalq təlim-məşq toplanışda iştirak edib, ardınca yarışda mübarizə aparacaqlar
14.09.2026, 10:34 Olimpizm xəbərləri