Ronaldodan növbəti rekord

Ronaldodan növbəti rekord

Olimpizm xəbərləri

13.10.2021, 11:51

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldo yeni rekorda imza atıb. 36 yaşlı hücumçu buna Lüksemburqa 5:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununda het-trik edərək nail olub. Beləliklə, K.Ronaldo yığma komandada 10-cu het-trikini rəsmiləşdirib. Daha əvvəl hansısa futbolçu bu uğura imza ata bilməyib. Lüksemburqla oyunda yığmadakı qollarının sayını 115-ə çatdıran forvard özünə məxsus bombardirlik rekordunu da yeniləyib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR