Ronaldodan növbəti rekord

Ronaldodan növbəti rekord

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldo yeni rekorda imza atıb. 36 yaşlı hücumçu buna Lüksemburqa 5:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununda het-trik edərək nail olub.
Beləliklə, K.Ronaldo yığma komandada 10-cu het-trikini rəsmiləşdirib. Daha əvvəl hansısa futbolçu bu uğura imza ata bilməyib.
Lüksemburqla oyunda yığmadakı qollarının sayını 115-ə çatdıran forvard özünə məxsus bombardirlik rekordunu da yeniləyib.