Axşamdan səhərə qədər 110 raund davam edən döyüş
BOK
13.10.2021, 16:22
Bu hadisə 1893-cü il aprelin 6-da Yeni Orlean (Luiziana ştatı, ABŞ) şəhərində baş verib. Olimpiya klubunun rinqində keçirilən döyüşdə Endi Bouenlə Cek Berk üz-üzə gəlib. Onlar öz şəhərlərində kifayət qədər tanınan idmançılar idi. Hər iki boksçu yüngül çəkidə şimal ştatın çempionu adına namizəd göstərilirdi. Orleanlıların sevimlisi olan Endi Bouen bu qarşılaşmaya qədər bir sıra tanınmış idmançılarla döyüşüb, uğur qazanmışdı. Onun keçirdiyi görüşlərdə nəticə belə idi. 14 qələbə, 3 heç-heçə və 3 məğlubiyyət. Berk isə rəqibinə nisbətən az görüş keçirmişdi - 6-1-2. O, paralel olaraq Texasda məşqçilik edirdi. Karyerasının daha parlaq olması üçün bu görüşə dəvət alan Berk tezliklə diqqət mərkəzinə düşdü. Şübhəsiz ki, boks gecəsinin favoriti Bouen sayılırdı. Rəqibi isə yalnız kağız üzərində iddialı hesab olunurdu. Görüşün qeyri-adi formada keçiriləcəyi əvvəldən planlaşdırılırdı. Təşkilatçılar bildirirlər ki, bu görüş ən azı 20-30 raunddan tez bitməyəcək. Beləliklə görüş başladı. Nə qədər qeyri-adi səslənsə də, Berk ilk 25 raundda azarakeşləri öz döyüşü ilə heyrətləndirə bildi. Bouen heç cür onunla bacara bilmirdi. 25-ci raunda bəlkə də matçın müqəddəratı həll olunmuşdu. Həmin raunda az qala Berk Boueni nokauta sala bilərdi. Lakin "qonq” səsi buna mane oldu. Rinqin kənarında Boueni tanımaq olmurdu. Berk isə sanki ikinci nəfəslə döyüşürdü. 26-cı raundda qalib müəyyənləşə bilərdi. Amma "dəmir döyüşçü” həmin 3 dəqiqəni dözə bildi. Növbəti raunda üstünlük Bouenin tərəfinə keçdi. Bütün zərbələri dəqiq olan Berkin barmaqları sındı. Onun aldığı zərbə 48-ci raundda öz sözünü deməyə başladı. Bu hissədə "qonq” səsinə bir neçə saniyə qalmış Berk nokdauna düşdü. Artıq döyüşə nəzarət etmək mümkün deyildi. Arenaya toplaşan azarkeşlər də təngə gəlmişdilər. Onların arasında hətta arenanı tərk edən və yuxulayan tamaşaçılara da rast gəlmək olurdu. Yorğun insanlar tribunada sanki özlərini evdəki kimi hiss edirdilər. Bunu boksçular da açıq-aşkar görə bilirdilər. Onlar aralarında titulu, pul mükafatlarını unudub, yalnız qalibi müəyyənləşdirməklə bu cansıxıcı döyüşü sona çatdırmağa tələsirdilər. Rinqdə birinci olaraq görüşün hakimi Con Daffi "təslim oldu”. Neçə saat boksçuların döyüşündə klinç vəziyyətindən bezən Daffinin əsəbləri gərilməyə başladı. Lakin nə olursa olsun matçda qalib müəyyənləşməli idi. Əks halda tamaşaçıların biletlərə verdiyi pul qayatarılmalı yaxud görüş təzədən təşkil olunmalı idi. Daffini geriyə yolu yox idi. Yalnız irəli...108-ci raundda o, hər iki boksçunu yanına çağıraraq bildirdi ki, görüş 110-cu raundda başa çatacaq. Son zərbəni vuran tərəf qalib elan olunacaq. Lakin son raunda da qalib müəyyənləşmədi. Təşkilatçılar və hakimlər görüşü heçə-heçə ilə bitirməyə qərar verdilər. Beləliklə, aprelin 6-sı saat 21:00-da başlayan yarış aprelin 7-si 04:19-da yekunlaşdı. 7 saat 19 dəqiqə davam edən mübarizədə güclü tərəf müəyyənləşmədi. Görüşdən sonra hər iki boksçu 5 kiloqram çəki itirdi. Onları dərhəl hospitala yolladılar. Həkimlərin müayinəsində sonra məlum oldu ki, hər ki boksçunun əllərində çoxlu sınıqlar var. Bouenlə müqayisədə Berkin vəziyyəti daha kritik idi. Elə bu səbəbdən o, 6 həftə xəstəxanada qalmalı oldu. Bouen bu qarşılaşmadan 1 ay sonra yenidən rinqə qayıtdı. Cek Everdhartla 85 raundluq döyüşdə o, qalib adını qazandı. Doğrudan da o, dövrünün "dəmir adamı” idi. Hazırladı: Anar Əhmədov
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol
-
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
02.09.2026, 14:16 Olimpiya dünyası
-
Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
02.09.2026, 13:29 Atletika
-
Ağırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
02.09.2026, 12:46 AMADA
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
02.09.2026, 10:10 Su idman növləri
-
Millimizin üzvü karyerasını başa vurdu
01.09.2026, 23:50 Voleybol
-
Millimiz Avropa çempionatında mübarizəni dayandırdı
01.09.2026, 23:30 Voleybol
-
AAF Prezidenti Kamran Nəbizadə Avropa birinciliyində 15 medal qazanmış komanda üzvləri ilə görüşüb
01.09.2026, 16:10 Ağırlıqqaldırma