“Böyük dəbilqə” turnirində 8 cüdoçumuz qüvvəsini sınayacaq

“Böyük dəbilqə” turnirində 8 cüdoçumuz qüvvəsini sınayacaq

Olimpizm xəbərləri

15.10.2021, 15:52

Sabah Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük dəbilqə” turnirinə start veriləcək. 46 ölkədən 287 (167 kişi, 120 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Turnirdə komandamızı kişilərdən ibarət komandamız təmsil edəcək. Belə ki, Balabəy Ağayev (60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov (66 kq), Telman Vəliyev, Hidayət Heydərov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (+100 kq) yarışda mübarizə aparacaqlar. Turnirə oktyabrın 17-də yekun vurulacaq.  

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR