Cüdoçularımız “Böyük dəbilqə” turnirini 2 medalla başa vurdular
Olimpizm xəbərləri
18.10.2021, 10:09
Oktyabrın 16-17-də Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri keçirilib. 46 ölkədən 281 (164 kişi, 117 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Komandamız yarışda 9 (8 kişi, 1 qadın) idmançı ilə təmsil olunub. Cüdoçularımız turniri 1 qızıl və 1 bürünc medalla başa vurublar. İlk yarış günündə 60 kq çəki dərəcəsində mübarizəyə başlayan Balabəy Ağayev fransalı Jolan Florimont və yaponiyalı Genki Koqaya qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə monqolustanlı Sumiyabazar Enxtaivana şans verməyən cüdoçumuz finala vəsiqəni təmin edib. Balabəy Ağayev həlledici qarşılaşmada rusiyalı Ramazan Abdulayevlə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən idmançımız mötəbər yarışın qızıl medalına sahib olub. Balabəy Ağayevin bu qələbəsi Azərbaycan cüdosu tarixində bir ilk olub. Belə ki, Paris turniri "Böyük dəbilqə" adlandırıldığı 2009-cu ildən bu yana ölkəmizin təmsilçiləri bu yarışda qalib ola bilməmişdilər. Digər cüdoçumuz Hidayət Heydərov (73 kq) Fransa təmsilçisi Enzo Gibellidə, ardınca almaniyalı Aleksandr Qablerdən üstün olub. O, dörddəbir finalda tacikistanlı Somon Mahmadbekovla bacara bilməyib. Təsəlliverici görüşdə rusiyalı Denis Yartsevi üstələyən təmsilçimiz üçüncü yer uğrunda görüşdə yerli idmançı Giyom Şen ilə üz-üzə gəlib. Hidayət Heydərov rəqibini ipponla məğlub edib və nüfuzlu yarışın bürünc medalına layiq görülüb. İlk yarış günündə tatamiyə çıxan yığmamızın digər üzvləri İbrahim Əliyev, İsmayıl İbrahimov (hər ikisi 66 kq), Telman Vəliyev (73 kq) və qadın cüdoçumuz İçinxorlu Muntsxedev (57 kq) isə yarışla erkən vidalaşıblar. Yarışın sonuncu günündə komandamızın daha 3 cüdoçusu “Böyük dəbilqə” turnirində mübarizəyə başlayıb. 81 kq-da Murat Fətiyev, 90 kq-da Məmmədəli Mehdiyev və 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri tatami üzərinə çıxıb. Hər üç idmançımız mübarizəyə 1/8 finaldan start verib. M.Fətiyev ilk görüşündə Tim Qramkova (Almaniya), M.Mehdiyev Aleksis Matyöyə (Fransa) ipponla uduzaraq turnirlə vidalaşıb. U.Kokauri isə startda Emre Sanala (Fransa) ipponla qalib gəlib. 1/4 finalda Mbaqnik Ndiayedən (Seneqal) də güclü olan U.Kokauri yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda İnal Tasoyevlə (Rusiya) üz-üzə gəlib. Rəqibinə cərimə xalları ilə uduzan Uşangi Kokauri bürünc medal uğrunda mübarizə aparıb. Ağır çəkili cüdoçumuz həlledici görüşdə niderlandlı Yur Speykersə məğlub olaraq 5-ci yerlə kifayətlənib. Beləliklə, Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 1 qızıl, 1 bürünc medalla 4-cü yerdə başa vurublar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ölkə üzrə yeni rekord
Bugün, 10:24 Su idman növləri
-
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb
Bugün, 09:44 Velosiped
-
Misli Premyer Liqası: Növbəti turun oyun cədvəli müəyyənləşdi
11.05.2026, 23:42 Futbol
-
"Barselona" Fliklə razılığa gəldi
11.05.2026, 23:37 Futbol
-
FIFA Dünya Kuboku üçün xüsusi analiz qrupu yaratdı
11.05.2026, 23:25 Futbol
-
"Barselona"dan çempionluq paradı - FOTO
11.05.2026, 23:09 Fotoqalereya
-
Pəhləvanlarımız Avropa çempionatının finalında
11.05.2026, 22:54 Güləş
-
Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
11.05.2026, 22:15 Taekvondo
-
Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar
11.05.2026, 21:57 Güllə atıcılığı
-
“Herta”nın gənc istedadı Dortmund yolunda
11.05.2026, 21:36 Futbol
-
Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib
11.05.2026, 20:35 Olimpiya dünyası
-
Beynəlxalq peşəkar MMA turnirində uğurlu nəticə
11.05.2026, 20:00 Olimpiya dünyası
-
Yelkənçilərimiz Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
11.05.2026, 16:54 Su idman növləri
-
U-16 millimiz UEFA İnkişaf Turnirindəki sonuncu oyununda da məğlub oldu
11.05.2026, 15:58 Futbol
-
Azərbaycan atıcılarından Avropa çempionatında möhtəşəm uğur
11.05.2026, 15:48 Güllə atıcılığı
-
Şahmatçımız Buxarestdə ikinci oldu
11.05.2026, 15:34 Şahmat
-
Cüdo hakimlərimiz beynəlxalq turnirdə iştirak ediblər
11.05.2026, 15:26 Cüdo
-
Azərbaycan Kubokunda son 10 mövsümün rekordu
11.05.2026, 14:03 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
11.05.2026, 13:52 Velosiped
-
"Neftçi" və Türkiyə klubu arasında əməkdaşlıq imkanlarını müzakirə edilib
11.05.2026, 13:27 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib
11.05.2026, 13:21 Velosiped
-
Beynəlxalq arenada növbəti uğur
11.05.2026, 10:03 Cüdo
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
11.05.2026, 08:05 Velosiped
-
"Barselona" "Real"a qalib gələrək çempionluğunu rəsmiləşdirdi
11.05.2026, 01:16 Futbol
-
Avropa çempionatında iştirak edəcək parataekvondoçularımız müəyyənləşdi
10.05.2026, 22:45 Taekvondo
-
Qoru sınağında 9 medal
10.05.2026, 22:36 Cüdo
-
"Neftçi" üç xalı üç qolla qazandı
10.05.2026, 22:33 Futbol
-
Çimərlik güləşçilərimizdən bir dəst medal
10.05.2026, 21:18 Güləş
-
Paraüzgüçümüzdən gümüş medal
10.05.2026, 20:43 Su idman növləri
-
"Turan Tovuz" avrokuboklara vəsiqəni təmin etdi
10.05.2026, 19:17 Futbol
-
Cüdoçumuzdan bir həftə ərzində iki medal
10.05.2026, 19:00 Cüdo
-
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
10.05.2026, 15:45 Velosiped
-
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
10.05.2026, 14:55 Futbol
-
“El-Klasiko" öncəsi statistik mənzərə: "Barselona" və "Real Madrid" arasında tarixi rəqabət
10.05.2026, 13:19 Futbol