Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatı keçirilir. Yarışın dördüncü günündə Azərbaycan millisinin daha bir üzvü dörddəbir finala vəsiqəni təmin edib. Boksçumuz Kamil Babayev (54 kq) Krobeddu Fabionu (İtaliya) 5:0 hesabı ilə məğlub edib. O, növbəti qarşılaşmasında belaruslu Vladislav Smalovski ilə üz-üzə gələcək.
K.Babayevdən fərqli, Zaur Qəhrəmanov (60 kq) Slavador Floresə (İspaniya), Qulu Quliyev (63,5 kq) Andrey Mustetə (Rumıniya) uduzaraq yarışla vidalaşıblar.
Qeyd edək ki, oktyabrın 20-də baş tutacaq dörddəbir final mərhələsi çərçivəsində yığmamızın 5 boksçusu rinqə çıxacaq.
Daha bir boksçumuz Avropa çempionatının 1/4 finalında