Qadın voleybolçulardan ibarət millimizin keçmiş üzvü Katerina Jidkovanın yeni klubunun adına aydınlıq gəlib.Valeybolçumuz karyerasını yenidən Türkiyə klubunda davam etdirəcək. O, qardaş ölkəni təmsil edən “Muratpaşa Belediyespor” klubu ilə razılıq əldə edib.
Qeyd edək ki, millimizin Ukrayna əsilli keçmiş üzvü vaxtilə Bakının “Lokomotiv”, “Azərreyl” və “Azəryol” kimi klublarında çıxış edib. O, Türkiyədə “Nilüfer Belediyespor” və “Sarıyer Belediyesi” klublarının da idman şərəfini qoruyub. 32 yaşlı Katerina, son olaraq İtaliya liqasında çıxış edib.
Voleybolçumuz karyerasını Türkiyə klubunda davam etdirəcək