IBA prezidenti Bakıda boksçularla görüşdü

IBA prezidenti Bakıda boksçularla görüşdü

Bakıda səfərdə olan Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyov Azərbaycan Boks Federasiyasının (ABF) Boks Mərkəzində olub. Boksçular və məşqçilərlə görüşən rusiyalı funksioner onlara müxtəlif inventarlar hədiyyə edib. U.Kremlyov jurnalistlərə açıqlamasında yaradılmış şəraitdən və bu idman növünün Azərbaycanda inkişafından razılıq ifadə edib. Onun fikrincə, inkişafı sürətləndirmək lazımdır: "Sizin belə gözəl Boks Akademiyanız, çox güclü boksçularınız var. Son dünya çempionatı göstərdi ki, Azərbaycan boks ölkəsidir. Bura gəlmişəm ki, qlobal beynəlxalq tədbirlər təşkil edək, habelə, milli federasiya ilə idmançılar arasındakı çətinlikləri aradan qaldıraq. Məqsədimiz bütün idmançılara şərait yaratmaqdır".