Azərbaycan Voleybol Federasiyası seleksiya işlərinə start verib. Şəhər və rayonlarda perspektivli yeniyetmələrin voleybola cəlb olunması istiqamətində işlər davam etdirilir. Artıq federasiyanın nümayəndəsi, oğlan voleybolçular üzrə seleksioner məşqçi Yaqub Rəsulov ötən ilin dekabr ayının sonunda Şəki şəhərində səfərdə olub. O, burada yerli komanda ilə yanaşı, Mingəçevir, Oğuz və Balakən rayonlarında məşq edən 12-16 yaşlı oyunçuların hazırlığını izləyib. 4 rayondan 30-a yaxın yeniyetmənin qatıldığı məşq prosesinin ardından bir neçə nəfər baxış üçün Bakıya dəvət alıb. Onlara lazımı məsləhət verilib və yayda paytaxta gəlməsi məsləhət görülüb.
Qeyd edək ki, seçim prosesləri il ərzində həm qızlar, həm də oğlanlar arasında aparılacaq.
Bölgələrdə voleybol üzrə seleksiya işləri aparılır