Millimizin mövqeyi açıqlandı 

Millimizin mövqeyi açıqlandı 

Beynəlxalq Voleybol Federasiyası qadın voleybolçulardan ibarət milli komandaların reytinq siyahısını açıqlayıb. Tərtib olunan yeni siyahıda Azərbaycan millisi də yer alıb. Komandamız 94 xalla siyahının 42-ci pilləsində qərarlaşıb. Cədvələ 379 xalla ABŞ komandası başçılıq edir. Braziliya (366) və Çin (350) yığmaları isə müvafiq olaraq, ikinci, üçüncü pillələrdə yer alıblar.