Azərbaycan Voleybol Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdarə Təşkilatı Komissiyasının üzvü Mixail Frişman yeni təyinat alıb.
O, Polşanın paytaxtı Varşavada kişi voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin B qrupunda mübarizə aparan “Projekt” və “Qrinyard” (Belçika) komandalarının görüşünə təyinat alıb.
M.Frişman yanvarın 11-də keçiriləcək matçda supervayzer funksiyasını yerinə yetirəcək.
Görüşün hakimləri çexiyalı Vlastimil Kovar və ukraynalı Mixaylo Medvid olacaqlar.